“Əhməd Əhmədzadənin şəxsi imkanları ilə kəndlərin su problemini həll etmək olar”
Əhməd Əhmədzadənin şəxsi imkanları ilə kəndlərin su problemini həll etmək olar”
Hər yay fəsli gələndə əksər kəndlərimiz su qıtlığı, insanlarımız zülm çəkir. Milyonlarla ton məhsul susuzluqdan tağın üstündə yanıb məhv olur.
Bunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
Onun sözlərinə görə, bazarlar bahalıqdan od tutub yanır: “İllər keçir, vəziyyət isə dəyişmir ki, dəyişmir. Məlum olur ki, içməli və əkin üçün lazım olan su qıtlığını aradan götürmək üçün hər il sərəncamlar verilir və milyonlarla vəsait ayrılır”.
Partiya sədri xatırladıb ki, bu il də prezident sərəncamlar verib və milyonlarla vəsait ayrılıb: “Yenə dəyişiklik yoxdur. Deməli, ayrılan pullar mənimsənilir, iş görülmür. Ümumuyyətlə, sərəncamların icrasına nəzarət edən orqanlar və onların rəhbərləri var, ya yox? Ayrılan vəsaitlər hara gedir? Kim nə qədər mənimsəyir?”
E. Musayev deyir ki, illərdir meliorasiya və su təsərrüfatına Əhməd Əhmədzadə adlı köhnə mafioz baxır,ayrılan pullar da onun sərəncamına verilir: “Araşdırın , kim nə qədər götürür? Bir Əhməd Əhmədzadənin şəxsi imkanlarını hesablasaq onunla ölkənin kəndlərinin böyük bir hissəsinin su problemini həll etmək olar. Bu qədər insafsızlıq etmək olmaz”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək