SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir? - Bakıda saxta içki ajiotajı

AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir? - Bakıda saxta içki ajiotajı

Tarix:

11-06-2020, 09:18

/ 778 dəfə oxundu.
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir? - Bakıda saxta içki ajiotajı

Son zamanlar spirtli içkilərdən zəhərlənmə halları tez-tez müşahidə olunur.

Xüsusən isti yay günlərində zəhərlənmə riski daha da artır. Məsələnin bir tərəfi isti hava şəraiti ilə bağlı olsa da, digər tərəfi müxtəlif brend adı altında satılan saxta spirtli içkilərdir. Belə ki, marketlərdə və ya şərab evlərində satılan saxta spirli içkilərin müştəri tapmasının bir səbəbi də real qiymətindən çox ucuz olmasıdır.

Eyni spirtli içkinin orijinalı ilə saxtasını çox zaman ayırd edə bilməyən müştərilər həmin içkinin 2, hətta 3 dəfə ucuz qiymətə satıldığını görüncə alır və nəticədə zəhərlənirlər. Mağazalarda Şabranda istehsal olunan “Zelyonaya marka” (Rusiya), “Moroşa” (Ukrayna) kimi saxta spirtli içkilərin satıldığı bildirilir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında özünün də oxşar vəziyyətlə qarşılaşdığını bildirib:

“İl yarım bundan öncə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsi böyük bir şəbəkəni ifşa etdi. Məlum oldu ki, ən məşhur brend içkilər əslində Azərbaycanda saxta yollarla qablaşdırılaraq istehsal olunur. Hətta onlara etiketlər də yapışdırılır. Murdar ətlə bağlı da belə bir əməliyyat aparılmışdı. Yəni sözügedən qurum bu işlərlə çox fəal mübarizə aparır. Digər aidiyyatı üzrə dövlət orqanları isə cərimə edib buraxır. Ona görə də bu vəziyyət yaranır. 15 gün əvvəl bizə şikayət gəlib ki, vətəndaş Ukrayna malları satılan marketdən “Marlın Okean” adlı araq alıb və içdikdən sonra zəhərlənib. Vətəndaş bunu Ukrayna marketindən 20 manata alıb. “Azad İstehlakçılar” İctimai Birliyi olaraq istehlakçının hüququnu qoruduq və məlum oldu ki, həmin arağın orijinalının qiyməti 80 manatdır. Bundan sonra Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qarşısında məsələ qaldırdıq ki, bu məhsullar yığılsın və ictimai məhvetmə aparılsın. Çox təəssüf ki, ictimai məhvə gələndə problemlər yaranır. 23 ildir ki, istehlakçıların hüquqlarını qoruyuruq, indiyə qədər mən 2 dəfə ictimai məhvdə iştirak etmişəm. Azərbaycanda vaxtı keçmiş məhsullar ictimai məhv edilmir. Bir şəkildən başqa şəklə salınaraq yenidən bazara qayıdır. Həmin Ukrayna arağını satan şəxs özü deyir ki, bunun istehsal tarixi 23 dekabr 2018-ci ildir və istifadə müddəti də 12 aydır. Lakin çox təəssüflər olsun ki, AQTA həmin məhsulu satmaq üçün satıcıya icazə sənədi verib. İstehsalçı özü deyib ki, malın vaxtı 12 aydır, yəni bitib. Qanunda da yazılıb ki, vaxtı keçən malların satışı qadağandır. Satıcı AQTA-nın icazə sənədini mənə təqdim edir ki, buyurun baxın, mənə həmin partiya malları satmaq üçün sənəd verilib. Bu parodoksdur. Belə şey olmamalıdır”.

Eyyub Hüseynov spirtli içkilərin istifadə müddətindən də danışıb:

“Ümumiyyətlə, dünya standartlarına görə, istehsal olunduğu vaxtdan etibarən araqların satış müddəti 1 il, şərabların 6 ay, konyakların isə 2 ildir. Bundan artıq olanda vaxtı keçmiş hesab olunur. Lakin Azərbaycanın əmtəə bazarında satılan spirtli içkilərin 85 faizdən çoxunun üzərində nə istehsal tarixi var, nə də istifadə müddəti. Yəni istehsalçı istəyir ki, malı uzunömürlü olsun. İnsan istehsal etdiyi hər malın istifadə müddəti var. Mən çox mübarizə apardıqdan sonra siqaretlərin üzərinə tarixinin yazılmasına yazılmasına nail olsam da, spirtli içkilərdə ola bilmədim və hələ də bu davam edir. Azərbaycanda çox az istehsalçı satış tarixini yazır. Mən Fransada bir şərab zavodunda da olmuşam. Orda şərablar elə bir xüsusi şəraitdə saxlanılır ki, tərkibi dəyişmir. Lakin satışa çıxarıldıqdan sonra içkiləri çox saxlamaq olmur. Azərbaycanın spirtli içki bazarı pis vəziyyətdədir. Bu yaxınlarda digər bir şikayətlər isə Göygöl şərab zavodunun spirti ilə bağlı idi. Onun istehsal etdiyi “Xan” arağının 250 qramlığının üzərində aksiz markası var, lakin 500 qramlıqda yoxdur. Özləri də şərab bölmələrində satılır. AQTA qidanın təhlükəsizliyinə cavab verir ki, yəqın o adamı öldürməz. Lakin aidiyyatı üzrə dövlət qurumları bunun satışına imkan verməməlidir. Ümid edirəm ki, bu işlə məşğul olmayan qurum yenilənəcək və onlar məsələ ilə ciddi məşğul olacaqlar. Vəziyyət heç də yaxşı deyil”.

Şərhlər

XƏBƏR LENTİ