Sumqayıtda imtalanların ləğv edilməsi üçün tələbələr imza toplayırlar
Sumqayıt Dövlət Universitetinin tələbələri (1-ci, 2-ci, 3-cü kurs) imtahanların ləğv edilməsi üçün imza kampaniyası başladıblar...
Yeniavaz.com xəbər verir ki, tələbələr bildirir ki, bir çox universitetlər imtahanları ləğv edib, 4-cü kurs tələbələri imtahansız diplom alırsa biz də imtahanların ləğv edilməsini istəyirik: “Hər kəsə məlum olduğu kimi mövcud vəziyyətlə əlaqədar vətəndaşların müəyyən problemləri və çətinlikləri vardır. Məlum səbəblərdən dərslər tələbələrə bir müddətdir ki, online şəkildə tədris olunur. Lakin online təhsil bizim üçün ilkdir və bunun üçün şəraitin olmaması tələbələri sarsıdır. Təhsil Nazirliyi qeyd etmişdir ki, hər kəs fərqli bölgədə olduğuna görə online dərslərə qoşula bilmir və məcburi deyildir.
Necə ki, bir çox universitetlər imtahanı ləğv ediblərsə, 4cü kurs tələbələri imtahan vermədən diplom alacaqlarsa, biz də Sumqayıt Dövlət Universiteti tələbələri olaraq imtahanlardan azad olmaq istəyirik. Çünki biz də tələbəyik və eyni hüquqlara sahibik. Zəhmət olmasa imtahanların ləğv olunması ilə bağlı məlumatı təsdiq edəsiniz.Tələbələrin vəziyyəti nəzərə alınsın, onlara bu semestr bağışlanılsın və tələbələr imtahansız növbəti kursa keçirilsin”.
İmzalamaq üçün link: http://chng.it/BYBqjYmQB2

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...