SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Respublikasında Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr

Azərbaycan Respublikasında Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr

Tarix:

1-06-2020, 14:18

/ 958 dəfə oxundu.
Azərbaycan Respublikasında Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr

Bakı Sağlamlıq Mərkəzi
Publik Hüquqi Şəxsin
İcraçı direktoru A.B.Həsənov


Azərbaycan Respublikasında Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr

Pandemiya təhlükəsinin nəzarətdən çıxmaması üçün dövlətimiz tərəfindən atılan addımlar diqqətə layiqdir. ÜST COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya, həmrəyliyə dəstəyini və Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib.
Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iqtisadiyyatın şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar öz önəmini göstərdi.
Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir.
Ölkə başçısı pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atdı. Belə ki, Prezidentin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Kütləvi yoluxmanın qarşısını almaq üçün demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Vaxtında xüsusi karantin rejimi tətbiq edildi, vətəndaşlar sutkanın yalnız müəyyən vaxtında, “SMS icazəsi” ilə evlərini tərk edə bildilər. Bakı Metropoliteninin işi dayandırıldı, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət qeyd edilməlidir. Pandemiya zamanı iş yerlərinin qorunması, koronovirusdan zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə Azərbaycan hökuməti sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək baxımından mühüm addımlar atıldı. Onu da qeyd edək ki, pandemiyaya qarşı qoruyucu vasitələrin azlığı bir çox ölkədə ciddi problemlər yaradırdı, lakin Azərbaycan hökuməti öz vətəndaşlarını koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə tam təmin edə bildi.
Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Bu müəssisənin istehsal həcmi gündə 250 min ədəd təşkil edir. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olunur, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilib.
COVID-19 pandemiyası qlobal səhiyyə işçi qüvvəsinin gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Ümumdünya Sağlamlıq Günü münasibətilə yayımlanan “2020-ci ildə dünyada orta tibb işçilərinin vəziyyəti” adlı hesabat dünyada tibb bacılarının çatışmazlığını, onların təhsili, fəaliyyəti və liderlik bacarıqlarının inkişafına yönəldilmiş investisiya üçün prioritet sahələri müəyyənləşdirdi.
Tarixən və bu gün tibb sahəsində çalışanlar sağlamlığa təhlükə yaradan epidemiya və pandemiya ilə mübarizədə ön cəbhədə dayanırlar. Tibb işçiləri COVID-19 pandemiyasına cəsarətlə cavab verdilər. “COVID-19-a qarşı apardığımız mübarizə, tibb bacısı peşəsinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Odur ki, səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, güclü səhiyyə xidmətləri baxımından həkimlərə və tibb bacılarına investisiya qoyulması, onları beynəlxalq standartlara uyğun şəkildə yetişdirməsi aktual məsələlərdəndir.
Həmçinin, pandemiyanın yarada biləcəyi fəsadların geniş vüsət almasının qarşısının alınması məqsədilə “Yeni Klinika” tibb müəssisəsinin səfərbər edilmiş səylərin nəticəsində vaxtından əvvəl istifadəyə verilməsi, habelə modul tipli xəstəxanaların qurulması mövcud şəraitə operativ və adekvat reaksiya etmənin bariz nümunəsidir.
Azərbaycan hökumətinin yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirlərinə Bakı Sağlamlıq Mərkəzi də böyük əzmlə qoşulmuşdur. Belə ki, ilk günlərdən etibarən Mərkəzimizdə yaradılmış xüsusi izolyasiya olunmuş şəraitdə yeni növ koronavirus infeksiyası ilə əlaqədar daxil olan şəxslərin müalicəsi aparılır.
Ölkə prezidentinin və ölkənin birinci xanımın çağırışına mütləq əksəriyyət qoşularaq bununla əlaqədar yaradılmış Fonda dəstək oldular.
Əminliklə deyə bilərik ki, dövlət və xalq birliyi sayəsində bu sınaqdan da uğurla çıxmağı bacara biləcəyik.
Cəmiyyətimizin möhtərəm Prezidentimiz ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. "Biz birlikdə güclüyük" şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.

Şərhlər

XƏBƏR LENTİ