SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sərhəd Qoşunlarının hərbi hissəsində müəmmalı əsgər ölümü - PREZIDENTƏ ŞOK MÜRACİƏT

Sərhəd Qoşunlarının hərbi hissəsində müəmmalı əsgər ölümü - PREZIDENTƏ ŞOK MÜRACİƏT

Tarix:

1-06-2020, 12:57

/ 1 311 dəfə oxundu.
Sərhəd Qoşunlarının hərbi hissəsində müəmmalı əsgər ölümü - PREZIDENTƏ ŞOK MÜRACİƏT

Dünən redaksiyamıza Göyçay rayonu Mallışıxlı kənd sakini Məhərrəmov İlham İsmayıl oğlu tərəfindən Ölkə başçısı Ilham Əliyevə Sərhəd Qşunlarının hərbi hissəsindəki müəmmalı əsgər ölümü ilə bağlı ünvanladığı şikayət ərizəsinin bir surəti daxil olub. Şikayətçi yazmış olduğu şikayət ərizəsini GundemXeber.Az saytında dərc olunub ictimailəşməsini xahiş edib. Biz də şikayətçinin xahişini nəzərə alaraq, həmin şikayət ərizəsini olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə təqdim edirik:

''Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum Məhərrəmov Bəhram İlham oğlunun hərbi xidmət keçən zaman hərbi hissədə ölməsinə dair açılmış cinayət işi qeyri obyektiv araşdırılır. Cinayət törətmiş şəxslər məsuliyyətdən kənarda saxlanılmışdır.

Belə ki, oğlum 20.01.2002-ci il tarixdə anadan olmuş Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı trəfindən hərbi xidmətə aparılmışdır. O hərbi xidmətini Sərhəd Qoşunlarının Yevlax rayon ərazisində yerləşən N saylı hərbi hissəsində keçirdi.
Hərbi xidmətə getdikdən 3 ay sonra 24 mart 2020-ci il tarixdə andiçmə mərasimində iştirak etdik həmin vaxt oğlum Bəhram gümrah və sağlam idi. Həmçinin bir dəfə də məzuniyyətlə evə gəldi.17 aprel 2020-ci il tarixdə oğlum Bəhramla telefon əlaqəsi yaratdıq.​

19 aprel 2020-ci il tarixdə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib. Ölümün səbəbi kimi göstərilib ki, oğlunuz başından sətəlcəm olub deyə vəfat edib. Oğlumun ölməsinə görə açılmış cinayət işi Qarabağ hərbi prokurorluğunda istintaq aparılır. Istintaq saxtakarlıqla, qeyri obyektiv aparılır. Çünki oğlumun ölümünə səbəbkar xidmət etdiyi hərbi hissənin həkimləri olmuşdurlar. Oğlum həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə də biz hərbi hissəyə getmişik və ölümündən bir həftə əvvəl telefonla danışmışıq.O, tam sağlam görünürüd və səhhətindən heç bir şikayəti olmayıb.
Hərbi hissənin tibbi bölməsində ona səhv iynə vurulub deyə şoka düşüb həkim səhlənkarlığına görə vəfat edib.
Mənə hərbi hissənin komandiri deyir ki, 19​ aprel 2020-ci il tarixdə oğlun Bəhramin səhhəti pisləşdi deyə onu təcili Gəncə şəhərinə xəstəxanaya aparan zaman yolda vəziyyəti ağırlaşdı deyə yarım yoldan qaytardıq Yevlax rayon xəstəxanasına orada vəfat etdi. Ancaq Yevlax rayon xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhrəm Məhərrəmov bura öləndən bir neçə saat sonra gətirilib.​
Bu və digər ziddiyyətlər tam subut edir ki, oğlum sıravi əsgər Bəhram Məhərrəmov Sərhəd Qoşunlarının Yevlaxdakı hərbi hissənin həkimlərinin səhlənkarlığı nəticəsində dünyasın dəyişib. Mənim oğlumun ölümü barədə açılmış cinayət işi saxtakarlıqla qanunsuzluqla istintaq edilir.

Ekspert həkim bizə deyir ki, oğlnuz Bəhrəm sətəlcəm olub, ürəyində, ciyərində problem olub. Həmçinin başqa bir xəstəliyidə olub ancaq onu sizə deyə bilmirik.
Bu müəmmalı ziddiyətli cavab bir valideyin kimi məni çox narahat edir. Bu cinayət törətmiş şəxsin müdafiəsi gizlədilməsi üçün cinayətin üstünü ört-basdır edilməsi üçün uydurmalardır ki, bir qrup vəzifəli şəxs əlbir olub bunu edirlər.
Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm. Artıq ölümümü gözümün önünə almışam. Bəhrəm ailəmizin tək oğlu idi. O, uşaqlıqdan sağlam böyüyüb səhhətindən heç bir şikayəti olmayıb və tam sağlam şəkildə hərbi hissəyə aparılıb ki, buna dair sənədlər var.
Azərbaycan Respublikasında hüquq sistemi güclü qurulub, hər bir cinayətin üstü obyektiv araşdırma nəticəsində açılaraq, cinayət törətmiş şəxs məsuliyyətə cəlb edilib qanun qarşısında cavab verir. İnanıram ki, şikayət ərizəm obyektiv araşdırılacaq cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilib layiqli cəzalarını alacaqlar.​

Konkret olaraq hərbi hissənin tibbi bölməsində oğlum sıravi əsgər Bəhram Məhərrəmova səhv iynə vurulub deyə şoka düşüb həkim səhlənkarlığına görə vəfat edib.

Buna görə Sizdən xahiş edirəm oğlum Bəhramın ölmü üzrə açılmış cinayət işi Qarabağ hərbi prokurorluğundan alınıb başqa prokurorluğa verilməsini təmin edəsiniz, saxta rəyi vermiş ekspert və oğlumun ölümünə səbəb olmuş həkim (və ya həkimlər) cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz.''

GundemXeber.Az
Sərhəd Qoşunlarının hərbi hissəsində müəmmalı əsgər ölümü - PREZIDENTƏ ŞOK MÜRACİƏT







Şərhlər

XƏBƏR LENTİ