Dövlət Gömrük Komitəsinə əl gəzdiriləcək - Böyük mənimsəmə faktı ifşa olunub...
Bu yaxınlarda Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində kadr islahatları aparılacaq. Bu barədə Nazirlər Kabinetindəki mötəbər qaynaq informasiya verib.
Məlumatda deyilir ki, gözlənilən kadr islahatı zamanı təkcə DGK rəhbəri Aydın Əliyev deyil, onun müavinləri də işdən atılacaq.
Mənbənin söylədikləri: "Araşdırmalar nəticəsində Aydın Əliyevin, habelə onun müavinlərinin, xüsusən də DGK sədrinin birinci müavini vəzifəsində 10 ildən artıq çalışan Səfər Mehdiyevin böyük yeyintiyə yol verdikləri aşkarlanıb ki, bu mənimsəmə faktından "yuxarılar" yalnız təftişdən sonra xəbər tutublar.
Hazırda DGK rəhbərliyinə heç bir etimad yoxdur və konkretləşmənin ardından sərt addımlar atılacaq. Hətta cəzalananlar da ola bilər".
Mənbəmiz onu da əlavə edib ki, eyni zamanda DHK-nin bir neçə rayondakı gömrükxanalarında da yoxlamalar aparıla bilər: "Bunu yaxın zamanlarda görəcəyik".
Qarşı tərəfi də dinləməyə hazırıq.
dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək