Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən Xaçmaz sakini xəstəxanada ölüb
"Mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə olan heroin və metamfetamin götürülüb".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnini Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, saxlanılan şəxs polisdən yayınmaq məqsədilə saxlanılarkən özünü yerə çırpıb, baş və bədənini yerə vurub.
DİN rəsmisi qeyd edib ki, nəticədə M.Aydəmirov müxtəlif bədən xəsarətləri alıb.
E.Zahidov deyib ki, o, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: “Həkimlərin səyinə baxmayaraq Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək