SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kərəm Həsənov və Arif Qasımov nə Prezidenti sayır, nə də Konstitusiyanı...

Kərəm Həsənov və Arif Qasımov nə Prezidenti sayır, nə də Konstitusiyanı...

Tarix:

27-05-2020, 18:11

/ 803 dəfə oxundu.
Kərəm Həsənov və Arif Qasımov nə Prezidenti sayır, nə də Konstitusiyanı...

Dünənəcən qüvvədə olan 25.08.1992 -ci il tarixli “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30-cu maddəsinə görə, icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək , xammalla təchiz etmək , məhsulun satışını təşkil etmək yolu ilə əlillərin sahibkarlıq fəaliyyətini və evdə əməyini təmin etməyə borcludurlar. Amma və nə yazıq, icra hakimiyyətləri nəinki qanunun tələbinə əməl edib əlillərə otaqlar ayırıblar, əksinə, onlara məhkəmənin dövlətin adından verdiyi otaqları da saxta sənədlərlə, “JEK” qərarları ilə (?) ələ keçiriblər və bu talançılıq hələ də sürür.

Düz 11 il qabaq 26 may 2009-cu il tarixli qətnamə İlə Xətai rayon məhkəməsi (hakim Toğrul Əliyev ) qeyri-yaşayış otaqlarının Nizami rayonunda yerləşməsinə görə öz təşəbbüsü ilə 2-ci cavabdeh kimi Nizami MKTB -ni cəlb edib , bu sətirlərin yazarının ƏMDK-ya qarşı iddiasını təmin edərək, Bəhruz Nuriyev -10A -dakı əvvəllər 25 saylı Dairə Seçki Komissiyasının (DSK) yerləşdiyi otaqların 1-ci dərəcəli Qarabağ əlilinə ayrılmasını qət edib. Sərəncam vermək hüququ-səlahiyyəti olmayan “JEK”in otaqların açarının verilməsindən başqa nə cavabdehliyi, borcu ola bilər ki? Heç demə, əsas –“ana” borclu ƏMDK dövlətin Ana Qanununu – Konstitusiyanı “JEK”in “açarından-icazəsindən” aşağıda tuturmuş! Bir neçə gün öncə İqtisadiyyat naziri Mikayıl Cabbarovun özünə müavin təyin etdirdiyi keçmiş ƏMDK sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilov rəsmi məktublarla 11 ildir bildirir ki, “JEK”-in razılığı olmadan məhkəmə qərarı icra edilə bilməz! Digər müavin, Apellyasiya Şurasının sədri Rüstəm Şahbazov isə məhkəmənin qərarı olan işlər üzrə şikayətə baxa bilməyəcəyini xüsusi vurğulayıb. Prezident yanında Apellyasiya Şurasına edilən şikayətlər də heç bir sonuc verməyib. Borclu ƏMDK ilə Nizami MKTB isə məhkəmə qərarından 2 il sonra otaqları öncə həmin ünvandakı “Kapitalbank”ın , bank məhkəməyə verilib imtina edəndə isə 14 yaşlı rayon sakini olmayan uşağın adına saxta şəhadətnamə ilə sənədləşdiriblər. Bu yekəlikdə korrupsiyanı, məhkəməyə hörmətsizliyi baş prokurorluq, yanındakı korrupsiya idarəsi, polis, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Ombudsman görməzliyə vurduğundan tələbkar Qarabağ əlili Xətai məhkəməsinə müraciət edərək icranın konkret ünvana -Bəhruz Nuriyev -10A -dakı əvvəllər 25 saylı DSK yerləşən otaqlara yönəldilməsini və icraya maneçilik törədən borclular Nizami RİH , ƏMDK, “Kapitalbank”ın Nizami filalı , Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələri barəsində məsuliyyət tədbirlərinin görülməsi üçün prokurora xəbər verilməsi tələbini irəli sürüb. Xətai məhkəməsi (hakim İlqar Əliyev ) 21.06.2011 tarixli qətnamə ilə iddianı qismən təmin edərək prokurora xəbər verilməsi hissəsində təmin etməyib . Bu qətnaməni və onun əsasında verilmiş icra sənədini isə borclular 3 il tələbkardan gizlədiblər və indi də 6 ildir icra etməkdən imtina edirlər! (?) Sözügedən otaqlar isə 12 ildir boşdur! Arada borclu Nizami RİH sürücüsünün 0552108175 və 0552573275 nömrələri ilə otaqları icarəyə, satışa çıxarır, di gəl, otaqların qanuni yiyəsinə açarlar təqdim olunmur. Bir neçə gün öncə Ombudsman Aparatının sorğusuna Ədliyyə Nazirliyinin cavabı əvvəlkilərdən bir qədər fərqli olub. Əvvəllər otaqların gah “Kapitalbank”ın, gah 14 yaşlı uşağın mülkiyyətində olduğu səbəbindən məhkəmə qərarının icrasının mümkün olmadığı bildirilirdisə, indi guya 2 ayrı yerdə olmayan otaqlar təklifinə münasibət bildirilmədiyi göstərilib. Fikir verin, borcluları bir qırağa qoyaq, bu boyda Ombudsma Aparatı, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Konstitusiya Məhkəməsi , Ali Məhkəmə, digər məhkəmələr də bilmir ki, məhkəmə qərarı təklif ilə icra olunmur? Bunlar bilmir ki, heç bir “JEK” qərarı, saxta-doğru şəhadətnamə, qeydiyyat çıxarışı –“kupça” dövlətin adından çıxarılan məhkəmə qərarından üstün ola bilməz? ! Korrupsiya göz önündədir, Kərəm Həsənov, Rafiq Cəlilov , Rüstəm Şahbazov , Arif Qasımov üçün dövlət əmlakının kimə icarəyə verilməsinin fərqi olmalı deyil axı! Niyə qanunun, məhkəmənin əlillə verdiyi imtiyazı bu rüşvət (oxuma, dövlət! ) məmurları özlərinə əldə edirlər? Niyə hamıya olar, bircə Qarabağ əlilinə yox? Korrupsiya elə bu ayrı-seçkilikdən görünmürmü?

Prezident hər çıxışında məmurların xalqa xidmət etməli olduğunu bildirib, özünün də xalqın 1 saylı xidmətçisi olduğunu vurğulayır. Bəs Prezidentin köməkçisi, dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov , Nizami rayonu üzrə prezidentin xalqa xidmətçisi təyin olunan Arif Qasımov niyə dövlətin, onun başçısının sosial-iqtisadi siyasətini sabotaj edirlər? 11 ildir dövlətin adından çıxarılan məhkəmə qərarını Prezidentin bir addımlığındakı məmurlar icra etmirsə, hansı qanun, hüquq aliliyindən, xalqa xidmətdən danışmaq olar?

Məğrur Bədəlsoy

Şərhlər

XƏBƏR LENTİ