SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "McDonald's Azerbaijan” şirkətindən şikayət var

"McDonald's Azerbaijan” şirkətindən şikayət var

Tarix:

24-05-2020, 17:52

/ 1 412 dəfə oxundu.
"McDonald's Azerbaijan” şirkətindən şikayət var

Münəvvər Əhməd addlı istifaddəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

Sfera.az xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir: "Şikayətim təəccüblü də olsa, McDonald's Azerbaijan şirkətindəndir. Hər zaman xidmət səviyyəsi ilə seçilən fastfood nədənsə xidmət səviyyəsindəciddi problemlər yaşayır. Daim sifarişləri yalnış yığırlar, ya sənin sifarişini qəbzə vurmadığları üçün paketə əlavə olunmur, ya da qəbzə vursalar da, paketləşdirməyi unudurlar. Ən çox bu problemlə Nərimanov filialında qarşılaşıram! Hər dəfə məcburi verilən qəbzi də, aldığım məhsulu da yoxlayıram.”

İftar süfrəsi üçün McDonald's-dan yemək sifariş edən gənc xanım xoşagəlməz halla qarşılaşddıqlarını bildirir: "Dünən iftar vaxtı restorana yaxınlaşıb, 2 Double BigMac Menu, bir ədəd Royal Cheeseburger menyü və bir neçə əlavə sous sifariş etdik. Sifarişimizi aldıqda, düşündük ki, sifariş səhv gəlib, çünki BigMac menyünün biri yox idi, Royal Cheeseburgerlə birgə promo 6 ədəd naggets olmalı idi, o da yox idi, 7 sous istməyəyimizə rağmən, 3 sous gətirmişdilər, bir Cola və bir İce tea yerinə isə, bir Cola və bir şüşə portağal şirəsi gəlmişdi. Biz sifarişi yenidən yoxlamalarını tələb etdik, geddib gəldilər, bir ədəd BigMac artırıb, hər şeyi olduğu kimi qaytardılar, yəni menyünü yeniləmədilər, sadəcə BigMac artırdılar! Bir də geri göndərdik, hirslə, səslə-küylə oturduq skamyaya! Mühafizəçi yaxınlaşdı bizə ki, oturmayın, olmaz burda oturmaq, bizə təlimat gəlib. Təbii ki, bütün hirsimi ona tökdüm, haqlıydım da! Məndən mübahisə etməyə başladı, bu an sifarişimizi 3-cü dəfə səhv gətirdilər! Sonda menecer səs-küyə çıxıb dedi ki, özüm yığacağam! 4-cü dəfə doğru düzgün verildi, əlavə 1 ədəd kənd kartofu qoymuşdular. Bilmədim, bonus idi, ya o da yanlışlıqla gəlmişdi!”

Evddə daha bir xoşagəlməz sürprizlə qarşılaşdıqlarını söyləyəyən şikayətçi qəzəbini gizləddə bilmir: "Evə gəldikdə gördük ki, indi də yeməklərin hazırlanmasında problem var. Belə ki, Dabl BigMac-ın birində xiyar turşusu var, o birsində yoxdur, birində 3 kotlet var, o birsinde 4 kotlet, Royal Cheeseburger soğansız olmalı idi, amma nədənsə içərisinə soğan əlavə eddilib! Burgerləri elə səliqəsiz qablaşdırmışdılar ki. İnanmaq istəyirəm ki, içinə tüpürməmişdilər.”

Hər zaman yüksək xidmət səviyyəsi ilə öyünən fastfood şəbəkəsinin belə yarıtmaz işini müştəri çoxluğu ilə pərdələmək istəyən menecerin sözləri xanım istifadəçini tamam hövsələdən çıxarıb, o məktubunda etirazını belə bildirir: "Bu biabırçılığı müştəri çoxluğu ilə izah edən menecer xanım sifarişləri vaxtında hazırlamağa çatdırmadıqlarını əsas gətirməklə, vəziyyətdən çıxmağa çalışdı. Hər kəsə sual edirəm, nə vaxtdan MCD üçün 7-8 müştəri çox sayılıb? Və ya siz nə vaxt MCD-da az müştəri görmüsünüz? SteakHouse deyil axı bura, fastfood-dur.”

Şərhlər

XƏBƏR LENTİ