SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkarlar  Prezident Aparatına şikayətə getdilər-“Şərq bazarı” ətrafındakı mübahisələr bitmir

Sahibkarlar  Prezident Aparatına şikayətə getdilər-“Şərq bazarı” ətrafındakı mübahisələr bitmir

Tarix:

18-04-2017, 13:27

/ 57 409 dəfə oxundu.
Sahibkarlar  Prezident Aparatına şikayətə getdilər-“Şərq bazarı” ətrafındakı mübahisələr bitmir

Sumqayıtda sahibkarların sənədli dükanlarını sənədsiz sökmək istəyirlər-Yalançı vədlər və abadlıq bəhanəsi ilə...

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”ındakı 66 dükanın sökülməsi təhlükəsi yenidən gündəmə gəlib. 66 sahibkar Rəşid Babayev və onun məmur havadarlarının etdiyi qanunsuzluqlar və özbaşınalıqlar səbəbindən elan olunmamış “müharibə” şəraitində fəaliyyət göstərməyə məcburdurlar. Ümumiyyətlə sahibkarlarla Rəşid Babayevin çəkişməsi 6 ilə yaxındır ki,sürür. Keçirilən bütün məhkəmlər sahibkarların xeyrinə nəticələnsə də, vəziyyətləri dəyişməyib.66 sahibkar bu müddət ərzində dəfələrlə icra hakimiyyətində olublar,keçmiş , həmçinin hazıkı icra başçısının qəbulunda olublar onlarla görüşüblər,lakin məsələ müsbət həllini tapmayıb, dükanların qabağına çəkilən hasarlar keçən ildən qalıb,ticarəti iflis edib,sahibkarlara böyük ziyan dəyir.Sahibkarlar bundan başqa Prezident Administrasiyasına,digər dövlət qurumlarına həm yazılı,həm də çəxsən gedib şikayət ediblər.Bu gün redaksiyaya müraciət edən 66 sahibkar bildirir ki,2 gün əvvəl ,aprelin 17-si özünü Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin işçisi kimi təqdim edən şəxs sahibkarlara , abadlıq və və yenidənqurma işləri çərçivəsində dükanlarından mallarını boşaldılması və tikinti işlərinə başlanılması üçün şərait yaratmalrı haqda xəbərdarlıq-bildiriş vərəqi paylamaq istəyib. Həmin bildirişdə həmçinin qeyd olunub ki, yeni tikiləcək,müasir standartlara cavab verəcək ticarət mərkəzində guya sahibkarların da müvafiq ölçüdə ticarət sahəsi ilə təmin oluması nəzərdə tutulub.
Sahibkarların əksəriyyəti bu bildirişi heç götürməyib və onu qeyri-ciddi, qeyri qanuni bir kağız parçası adlandırıb.
Bundan əvvəl, ayın 15-si isə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdiri olan Həsən Həsənov bir neçə nəfərlə gələrək əraziyə baxış keçirib sahibkarlara, onların dükanlarını daima ələ keçirməyə cəh edən,onlara bu illər ərzində düşmək kəsilən "Şərq bazarı"nın keçmiş direktoru , “RŞHT” Şirkətinin Ticarət Mərkəzinin təsisçisi Rəşid Babayevin dediklərini təkrarlayıb. Sahibkarlar düşünür ki, memarlıq idarəsinin müdirini də,Sumqayıt icra hakimiyyətində bəzi məmurlaır da ümumi maddi maraq bağlayır və ona görə də onlar qanun çərçivəsində sahibkarlara qalib gələ bilmədiklərini görüb çəkinmədən məhkəməsiz -filansız özbaşına sökmək kimi antikonstitusiyon bir addım atmaq istəyirlər.
Bu xəbərdarlıqdan sonra sahibkarlar icra hakimiyyətinə gedib Sumqayıt şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Hüseynov Fəzailin qəbuluna yazılıblar ,lakin qəbula düşən sahibkarlarla Fəzail Hüseynov özü yox ,onun köməkçisi görüşüb.Sahibkarlar orada keçirilən görüşdən belə başa düşüblər Sumqayıt icra hakimiyyətində onların dərdinə əlac edən deyillər.Onların probleminə laqeyd yanaşıldığını görən sahibkarlar hal-hazırda yenidən Prezident Administrasiyasına gedib şikayət etməyə yollanıblar.
Bu dükanlarla ilə ailələrini dolandıran yüzlərlə sahibkar inanırlar ki, onlar Rəşid Babayev və onun şərikləri olan bəzi vəzifəli məmurlar məqsədlərinə nail ola bilməyəcəklər:”Biz hüquqi dövlətdə yaşayırıq və dövlətçiliyimizi, prezidentin yürütdüyü siyasəti həmişə dəstəkləyirik və inanırıq ki,prezident bu məsələdə sahibkarların mülkiyyət hüquqlarının pozulmasına imkan verməz.Təsadüfi deyil ki, Prezident dəfələrlə çıxışlarında sahibkarlarN dəstəkləyərək vurğulayıb ki,məmurların sahibkarların işinə müdaxilə etməsi yolverilməzdir və sahibkarların fəailiyyətinə mane edənlər cəzalancaqlar. Hal-hazırkı iqtisadi böhranı yaşanıldığı bir dövrdə Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.
2014-cü ildə ərazini abadlaşdırmaq işini Şəhər Memarlıq və Şəhərsalma İdarəsini müdir müavini Kamil Məmmədovə tapşırıb və sahibkarlarda ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırmağa başlayıblar,amma iş başlayandan bir müddət sonra  Rəşid Babayev isə Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb.Rəşid Babyev bir neçə il əvvəl hansı yollasa Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin əli ilə dükanların fəailyyətini 10-15 gün dayandırmağa müvəffəq olmuşdu.
Bu onu göstərir ki,abadlı məsələsi bu bəhanədən başqa bir şey deyil.Sadəcə Rəşid Babayev və onun icra hakimiyyətindəki havadarları,şərikləri artıq qanuni yolla məqsədinə çata bilmədiyini görüb bu addımlara əl atırlar. Bu qanunsuzluq və Azərbaycan qanunlarına saymamazlıqlıqdır.Bu bizim şəxsi mülkiyyətimizdir və obyekti sökmək üçün mütləq məhkəmə qərarı olmalıdır və bu məsələ ümumiyyətlə memarlığın səlahiyyətində deyil Şərq Bazarı”nda fəaliyyət göstərən 66 sahibkarın sahibkarın nümayəndəsi Yusif Məmmədov

Tel:070-355-30-91

Sahibkarlar əmindirlər ki,onlara tikiləcək yerdə yer veriləcək haqda şirnikləndirici vədlər başaldatmaqdan başqa bir şey deyil və onlar bu illər ərzində Rəşid Babayevi çox gözəl tanıyırlar.Bundan başqa ortada qanuni sənədlər,mülkiyyət hüququ var ki,bunu da hansısa qəbzlə və heç ad da yazılmayan ,ümumi sözlərdən ibarət ,qanunlara əsaslanmayan kağız parçası ilə sökmək olmaz.
Sahibkarlar keçən il Zakir Fərəcovun qəbulunda da olublar. Görüşdə kiçik sahibkarlığı dəstədiyini bildirmiş,hətta sahibkarların etməsinə mane olan çəkilən hasarı sğkdürəcəyinə göstəriş verəcəyini bildirmişdir.Sahibkarlar hətta abadlıq məqsədi ilə özlərinin layihəsini də icra hakimiyyətinə təqdim ediblər.Yazı gedən zaman sahibkarlardan birinin verdiyi məlumata görə hal-hazırda əlacsız qalan sahibkarlar yerli məmurlardan  Prezident Aparatına şikayətə yollanıblar.

xalqxeber.az
Sahibkarlar  Prezident Aparatına şikayətə getdilər-“Şərq bazarı” ətrafındakı mübahisələr bitmir
Sahibkarlar  Prezident Aparatına şikayətə getdilər-“Şərq bazarı” ətrafındakı mübahisələr bitmir

Şərhlər

XƏBƏR LENTİ