
Salyan şəhərinin icra nümayəndəsi koronavirusa yoluxub - FOTO

Salyan Rayon İcra Nakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazir Bəşirov koronavirusa yoluxub.
Virtualaz.org-un məlumatına görə, koronavirusla bağlı laborator testinin nəticəsi müsbət çıxdığı üçün 64 yaşlı məmur ötən gün Masallı şəhərindəki xəstəxanaya yerləşdirilib.