XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Kölgə"dən çıxa bilməyən gömrüyümüz... - İDDİA

"Kölgə"dən çıxa bilməyən gömrüyümüz... - İDDİA

"Kölgə"dən çıxa bilməyən gömrüyümüz... - İDDİA
4-05-2020, 14:09

"Bu ilin ilk ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxil olan vəsaitin keçən ilin eyni dönəmi ilə müqayisədə kəskin formada azalması faktı Səfər Mehdiyev üçün başağrısına çevrilə bilər. Doğrudur, hazırki mərhələdə DGK rəhbərliyi baş verənləri dünyanı cənginə alan koronavirus pandemiyası və onun yaratdığı fəsadlarla əlaqələndirə bilərlər. Amma ilin ilk iki ayı üçün eyni bəhanələr keçərli ola bilməzdi və bilmədi də". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra qeyd olunur ki, DGK sisteminin əslində, rəhbər dəyişikliyindən sonra da əvvəlki ənənə ilə fəaliyyət göstərməsi faktı hansısa müsbət dəyişikliyin süni xarakter daşıdığını təsdiqləməkdədir və bu da özünü gec-tez gösərməli idi də:

"“Ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub. Bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq”. Xatırladaq ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev keçən ilin noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı demişdi.

Səfər Mehdiyev qeyd etmişdi ki, növbəti ildə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.

Lakin göründüyü kimi bunların heç biri baş vermədi. Verməyəcəkdi də. Çünki Səfər Mehdiyev keçən ilki rəqəmləri süni şəkildə, rüşvət və korrupsiyanın qənaəti, müvəqqəti məhdudlaşdırılması hesabına ərsəyə gətirmişdi. Real mənzərə isə tamam fərqli olduğundan və belə bir vəziyyətdə Səfər Mehdiyevin uzun müdətə yürüyə bilməyəcəyi tam aydın olduğundan gec-tez DGK-dakə kölgə iqtisadiyyatının təzahürləri də ortaya çıxmalı idi. Çıxır da. Və bunun da nəticəsi nəhayətdə Səfər Mehdiyevlə bağlı "yuxarılarda" dünənə qədər olan şübhəli məqamların daha da dərinləşməsinə gətirib çıxarıb".

Dia.az-a daxil olan yazının sonunda vurğulanır ki, nəhayətdə bütün bunlar Səfər Mehdiyevin gedişinin daha da tezləşdirilməsinə səbəb olacaq: "Bunun üçün hətta "sanılı günlər qalıb" da deyə bilərik..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləyə bilərik...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.