Anar Ələkbərov başçının müflis etdiyi ailəyə zəng vurdu - İş Prezidentin diqqətində - VİDEO
Torpaqları həbs olunan icra başçısı tərəfindən mənimsənilən ailənin “Bakupost” saytında yayımlanan müraciətini ölkə başçısı nəzarətə götürüb.
Müraciətdə bildirilirdi ki, ailəyə məxsus olan torpaqlar sabiq icra başçısı tərəfindən qanunsuz olaraq zəbt olunub. Onlar Prezidentdən həmin torpaqların geri qaytarılmasına kömək etməsini xahiş edirdilər.
Müraciət yayılandan sonra Prezidentin köməkçisi Anar Ələkbərov həmin ailəylə əlaqə saxlayıb. Bu barədə “Bakupost”a ailə başçısı Vaqif Abışov məlumat verib: “Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq.
İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”.
Dünən axşan Prezident İlham Əliyev də yeni Paş prokuroru videoformatda qəbulu zamanı bu məsələyə toxunub: “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...