XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda işçi haqqını kim yeyir? - GİLEY

Sumqayıtda işçi haqqını kim yeyir? - GİLEY

Sumqayıtda işçi haqqını kim yeyir? - GİLEY
24-04-2020, 12:25

"Nəzərinizə çatdırıram ki, Pandemiyadan əziyyət çəkmiş biznes sahəsi kimi Sumqayıt şəhərində İctimai Nəqliyyatda reklam şirkəti İqtisadiyyat Nazirliyindən tabeliyindəki işçilərin əmək haqqılarının qarşılanması üçün 2000(iki min) manatdan artıq yardım almışdır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə qeyd olunur.

Müraciət müəllifi daha sonra yazır: "Bank hesabına köçürülməklə verilən bu vəsaitə əlavə olaraq işçilərin əmək haqqı fondundan dövlət sosial sığorta fonduna və gəlir vergisi kimi dövlət büdcəsinə ödəniləcək məbləğ də hesablanaraq ödənilmişdir. Lakin dövlətimiz tərəfindən edilən bu yardımlara baxmayaraq sahibkarın hesabına ödənilən lakin işçilərə çatacaq bu vəsaitin ödənildiyinə nəzarət mexanizmi olmadığı üçün tamahkir sahibkarların tamahının ucbatından bir çox işçilər kimi Sumqayıt şəhərindəki avtobuslardakı reklam monitorlarına nəzarət edən işçilərin əmək haqqıları mənimsənilmişdir və hər vəchlə yubadılaraq ödənilmir. Axı bu pulu dövlətimiz aprel və may aylarında mövcud boşdayanmaya görə sahibkara ödəyir ki sahibkar da öz işçilərinin qeydinə qalaraq üzərinə əlavə edərək işçilərinin sosial rifahının çətin duruma düşməsinin qarşısı alınsın.
Bu səbəbdən də reklam monitorlarına nəzarət edən işçilər sosial reklamlardan pul gəlmədiyi üçün baykot elan edərək monitorları yandırmayaraq işlətmirlər. Koronavirus epidemiuyasından qorunmaq üçün sosial məsafə saxlanılması, gigiyenik qaydalarla əllərin yuyulması kimi sosial marifləndirici reklam yayımından pul qazanmaq olmur prinsipini əsas tutan reklam şirkətinin işçiləri monitorları söndürərək dövlət tərəfindən ödənilmiş onlara çatacaq əmək haqqılarını gözləyirlər.
Amma nə etmək olar ki,Sumqayıt şəhərində qul haqqını yeyənlərin böyük himayədarları var və onlar arxayındılar ki toxunulmazdılar".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.