Azərbaycanda gələn ay maska taxmaq məcburi olacaq
- 23-04-2020, 18:14
- 1 446
Mayın 4-dən etibarən Azərbaycanda da karantin rejiminin yumşaldılacağı gözlənilir.Bu halda ölkəmizdə də vətəndaşların tibbi maska taxması məcburi ola bilərmi?
Məsələ ilə bağlı danışan republikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, maska taxmaq məcburi olmalıdır:
“Çünki xəstəliyi yüngül keçirən insanlar var ki, onlarda müəyyən simptomların olması mümkündür. Hətta simptomsuz virusgəzdirənlik qalan insanlar ola bilər. Həmin insanlar xəstəliyin hansısa əlamətini özündə hiss etməsə də, virus ifraz etməkdə davam edirlər. Bu baxımdan hər bir insan təhlükəlidir.
Ona görə də karantin rejimi bitəndən sonra Azərbaycanda da müəyyən müddətdə insanların maska taxması məcburi olmalıdır”.