Rusiyadakı səfirliyimizdən növbəti RƏZALƏT – Minlərlə soydaşımız Moskvada əsir-yesir qalıb
Koronavirus pandemiyasının tüğyan etdiyi Rusiyadan Azərbaycana qayıtmaq istəyən minlərlə həmyerlimiz Bakıdan dəstək gözləyir.
Yenicag.az xəbər verir ki, müxtəlif səbəblərdən vaxtilə Rusiyada məskunlaşan, indi isə vətənə qayıtmaq istəyən soydaşlarımız çıxılmaz vəziyyətə düşüblər.
Redaksiyamıza daxil olan məlumata görə, yaranmış gərginliyə baxmayaraq, Rusiyadakı səfirliyimiz qapılarını kömək üçün oraya üz tutan həmyerlilərimizin üzünə bağlamaqla, onlara heç bir yardım göstərmir. Səfirliyin rəhbərliyi soydaşlarımızın nə Rusiyada qalmaları, nə də rahatlıqla Azərbaycana qayıda bilmələri üçün əlini ağdan-qaraya vurmur.
Bu azmış kimi, səfirlik əməkdaşları ilə əlbir olan bəzi işbazlar Azərbaycana dönmək istəyən soydaşlarımızdan sənədlərinin qaydaya salınması 7 min 500 rubl pul tələb edərək, əməlli-başlı bazar açıblar. Həmyerlilərimiz bununla bağlı səfirliyə şikayət etsələr də, onların sözünə məhəl qoyulmayıb.
Mövzuya aid videomaterialı təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək