XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə — Pandemiya Gülmirzə Poladovu "vuracaq"

Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə — Pandemiya Gülmirzə Poladovu "vuracaq"

Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə — Pandemiya Gülmirzə Poladovu "vuracaq"
18-04-2020, 14:32

Gözləniməz məqamda dünyanı bürüyən “COVİD 19” pandemiyası bütün ölkələrdə səhiyyənin təşkilindən tutmuş, ölkə vətəndaşlarının sosial təminatı məsələsini aktullaşdırmaqla yanaşı həm də dəyərləndirməyə imkan verdi.

Etiraf edək ki, pandemiyanın İranda sürətlə yayıldığı ilkin mərhələdə Azərbaycanda ciddi çaşqınlıq və həyacan yaşanırdı.

Səbəb isə ölkənin səhiyyə sisteminin gözlənilməz bu situasiyaya hazır olmaması idi.

Məlum oldu ki, bu pandemiyaya yoluxan və karantinə alınan şəxslərin saxlanılması üçün ölkə xəstəxanalarının imkanları tələblərə cavab vermir.

Məhz buna görə də ölkədə bir sıra otellər karantin üçün boşaldılaraq, hazırlıq vəziyyətinə gətirildi.

Bu da məlum oldu ki, xəstələrin nəfəs alması üçün oksigen aparatları da ölkəmizdə barmaqla sayılacaq qədərdir.

Belə bir məqamda ölkə başçısının və birinci vitse-prezidentin prosesi birbaşa nəzarətə götürməsi, hökumət qarşısında ciddi tələblər qoyması vəziyyəti dəyişdi.

Belə bir vəziyyətdə isə ortaya bir sıra acı məqamlar çıxdı.

Məlum oldu ki, Səhiyyə Nazirliynin Tibbi Yardımın Təşkili Şöbəsinin rəisi Gülmirzə Poladov fəaliyyətini özünün ölkənin ən varlı adamlarından birinə çevirməsinə həsr edib.

Əgər belə olmasaydı təkcə Bakının bir yaşayıs massivində- Badamdarda xarici səfirliklərə və şirkətlərə icrarəyə verilən onlarla əmlak onun və doğmalarının olmazdı.

Maaşı 1200 manatı keçməyən Gülmirzə Poladov, görünür ki, tibbi xidmətin təşkili anlayışını özünün komfort həyatının təşkili kimi başa düşərək, bu yöndə çalışmağa başlayıb.

Bu təyinatına qədər Əfəndiyev adına Xəstəxanada baş həkimin müavini olan Gülmirzə Poladovun iki otaqlı mənzildən başqa heç nəyi olmayıb.

Ancaq bu gün o daşınmaq əmlak sayına və dəyərinə görə, ölkənin ön sırasında olan adamlarından biridir.

Bu yazı üçün təqdim etdiyimiz fotoya da diqqət edərkən, bir anlıq nazirin Poladov, şöbə müdirinin isə Şirəliyev olduğu anlamına gəlinir.

Məlumatlı mənbələrdən əldə etdiyimiz bilgilərdə Gülmirzə Poladov haqqında ağlasığmaz korrupsiya faktları əks olunub.

Naziliyin kuluarlarında “boz kordinal” ayaması ilə məşhurlaşan Gülmirzə Poladovun nazir müavinlərindən belə güclü şəxs olmasını isə geniş ictimaiyyə bilməsə də səhiyyə sistemində bundan bixəbər adam olmayıb.

Səhiyyə sistemində kadrların təyinatından tutmuş, tenderlərə qədər hər şey onun əli ilə baş tutur.

Bu kimi proseslərdə isə özünə problem görən Poladov müxtəlif yollarla qarşısındakı adamları sıradan çıxarmağı da bacarıb. Hazırda onun Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəisi Şakir Musayevlə məhkəmə çəkişməsi gedir.

Bununla bağlı sensasion araşdırmamızı isə oxucuların diqqətinə çatdıracağıq.

Ancaq araşdırmamız zamanı onu da öyrəndik ki, pandemiya ilə bağlı situasiya Gülmirzə Poladovu da “apara” bilər.
Belə ki, Baş Prokurorluğunun ölkədə səhiyyə xidmətinin təşkili ilə bağlı ciddi araşdırmaya başlayacağı bildirilir.

Məsələ ilə bağlı Gülmirzə Poladovun barəsində olan ittihamlara münasibətini öyrənmək istəsək də bu baş tutmadı.(gununsesi.org)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.