Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
"Baytarlıq haqqında qanuna” dəyişiklik edilib...
Bununla bağlı Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2015-ci il 22 noyabr tarixli fərmanına dəyişikliyi nəzərdə tutan fərman imzalayıb.
Fərmanda bildirilir ki, “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
Həmin maddədə bildirilirdi ki, bu qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Yeni fərmanla həmin orqan Nazirlər Kabineti olaraq müəyyən edilib.
Fərmanla, həmçinin, aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə olunub:
“Həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti həyata keçirirlər”.
Nazirlər Kabineti “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək