SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı iştirakçılarına online təlimlər keçirilir

"Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı iştirakçılarına online təlimlər keçirilir

Tarix:

14-04-2020, 13:52

/ 1 018 dəfə oxundu.
"Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı  iştirakçılarına online təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramını iştirakçılarına online təlimlər keçirilir.
Gəncə, Zaqatala və Sumqayıt şəhərində həyata keçirilən layihəyə 47 gənc cəlb olunub. Onlara “Satış vərdişləri”, “Müsahibələrə hazırlıq” və “Şəbəkələşmə” mövzuları tədris edilir. Növbəti mərhələdə iştirakçılara işə düzəltmə potensialını artırmaq üçün müxtəlif mövzularda əlavə təlimlər təşkil ediləcək və gənclərin özünüməşğulluq təşəbbüslərinə dəstək veriləcək.
Gənclərdə innovativ ruhun təbliğinə, onların məşğulluğunun artırılmasına xidmət edən layihə çərçivəsində gənclər müasir iş axtarma üsullarına yiyələnir. Onlara təqdimatlar keçirmək, komanda işi, işəgötürənlərlə əlaqələrin qurulması, telefonla ünsiyyət, CV-lərin tərtibi və müsahibələrə hazırlıq və s. üzrə bacarıqlar aşılanır.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
"Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı  iştirakçılarına online təlimlər keçirilir


Şərhlər

XƏBƏR LENTİ