XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » AztV rəhbərliyindən əcaib-qəraib gedişlər... - GƏLİŞMƏ

AztV rəhbərliyindən əcaib-qəraib gedişlər... - GƏLİŞMƏ

AztV rəhbərliyindən əcaib-qəraib gedişlər... - GƏLİŞMƏ
9-04-2020, 12:01

Dövlətin maliyyəsi hesabına fəaliyyət göstərən telekanalın əhalinin birbaşa informasiya almaqdan məhrum etməsini ölkənin çətin dövründə qurum rəhbərliyinin cəmiyyətin probleminə etinasız yanaşması hesab etmək olar

Bu yaxınlarda koronavirusla bağlı AzTv-nin hazırladığı süjetlərin vətəndaşların hüquqlarını pozması, tamaşaçıda haqlı narazılıq yaratdığı barədə yazmışdıq. Orada AzTv-nin yeni rəhbərliyinin işə götürdüyü və ya iş tapşırdığı reportyor və ya redaktorlarını jurnalist etikasına və bu peşə ilə əlaqəli digər məsələlərə diqqət yetirməsinin vacibliyi vurğulanırdı.

Apardığımız müşahidələr göstərir ki, Rövşən Məmmədov öz iş prinsiplərindən əl çəkmək fikrində deyil. Reportyorlarının polislə eyni hüquqa malik olduğunu zənn edir, hətta deyəsən özünü lap böyük adam hesab edir. Bu haqda bir qədər sonra.

Bu günlərdə yeni sədrin işçilərinin televizyonçular, özü də “stand up” reportaj hazırlayanlar üçün qəbuledilməz olan daha bir xüsusiyyəti nəzər-diqqətimizi cəlb etdi. Məsələn, dövlət başçısının imzaladığı Əfv Sərəncamı ilə azadlığa çıxan məhkumların azadlığa buraxılması münasibətilə çəkilişə gedən AzTv-nin reportyoru Penitensiar Xidmətin darvazasının qarşısındakı 1 dəqiqəlik “stand up” zamanı bəlkə də düz 20 dəfə sürətli şəkildə əl-qol hərəkətləri edərək seyrçinin əsəblərini tarıma çəkdi.

İndi isə keçək, yenilənmiş AzTv-nin növbəti yeniliyinə. Bəlkə də bu AzTv tarixində “inqilabi hadisə” idi. Belə ki, aprelin 8-də saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargah mətbuat konfransı keçirirdi. Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iştiark edirdilər.

Təbii olaraq mətbuat konfransını AzTV, İTV və RealTV canlı olaraq yayımlayırdı. Mətbuat konfransında əvvəlcə İbrahim Məmmədov, sonra Prezidentin köməkçisi Hikmət Hacıyev, daha sonra TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla mübarizə ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verdilər. Daha sonra jurnalistlərin suallarının cavablandırılmasına keçildi. Öz müxbirinin sual verməsindən bir qədər sonra qəfildən AzTV canlı yayımı dayandırdı və bir oğlan uşağı digər verilişlərə keçid edildiyini açıqladı. Halbuki mətbuat konfransı bundan düz 1 saat sonra başa çatdı və digər telekanal sona qədər mətbuat konfransını birbaşa yayımladı.

Nə baş verib görəsən? Bir anlığa bu səbəbin AzTv-nin indiki rəhbərinin vaxtilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmış İbrahim Məmmədova qarşı şəxsi qərəzindən qaynaqlandığını düşünmək olardı. Yaxud, doğrudanmı, vaxtilə idman müxbiri işləmiş Rövşən Məmmədov özünü o qədər böyük adam hesab edir ki, hökumətin, özü də koronavirusla mübarizə məqsədilə bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransının canlı yayımını yarımçıq kəsə bilir? Gördük ki, bunu edə bilir…

Yenə də təkrar edirik, axı bu tədbir Azərbaycanın bu ağır günlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransı idi və burada xaricdən gətirilən tibbi ləvazimat və preparatlarla, xaricdə qalan və ölkəyə qayıdan vətəndaşlarımızla bağlı dəyərli məlumatlar verən Prezidentin köməkçisi, hazırda xəstə vətəndaşların müalicəsini üzərinə götürən TƏBİB rəhbəri iştirak edirdi. Üstəlik, mətbuat konfransında xüsusi karantin rejimində yaşamağa məcbur qalmış tamaşaçıların cavab gözlədiyi bir çox suallar səsləndi. AzTv-nin rəhbərinin konfransı yarımçıq kəsməsi isə 1 saat ərzində əsas informasiya mənbəyi kimi AzTV-ni seçən, əsasən də əksəriyyəti respublikanın rayonlarında yaşayan tamaşaçıların məlumat almasını əngəlləmək idi. Həmçinin indiki vaxtda mətbuat konfransını yarımçıq kəsib AzTV-nin efirə verdiyi veriliş tamaşçı üçün elə də vacib deyildi. Beləliklə, ölkənin minlərlə tamaşaçası bu çətin dövrdə onları maraqlandıran suallara cavab almaq imkanından məhrum oldular.

Səbəbi isə tam adyın deyil. Ona görə də çoxsaylı suallar ortaya çıxır. AzTv hökuməti niyə boykot etdi? Bu Nazirlər Kabinetinin tədbiri idi, habelə bu tədbirdə Prezidentin köməkçisi daxil olmaqla Operativ Qərragahın üzvləri iştirak edirdi. AzTv rəhbrəliyi bu çətin gündə Nazirlər Kabineti yanında Operativ Qərargahın dəyərli məlumatlarının əhaliyə hava-su kimi lazım olduğunu başa düşmür? Ən nəhayət, dövlətin maliyyəsi hesabına fəaliyyət göstərən telekanalın əhalinin birbaşa informasiya almaqdan məhrum etməsi qurum rəhbərliyinin ölkənin bu çətin dövründə cəmiyyətin diqqətində olan problemə etinasız yanaşması deyilmi?
AzToday.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.