XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xalqın acısından pul qazanan “Azercell”:“Evdə qal” çağırışını əldə bayraq edən “Azercell”in riyakarlığı

Xalqın acısından pul qazanan “Azercell”:“Evdə qal” çağırışını əldə bayraq edən “Azercell”in riyakarlığı

Xalqın acısından pul qazanan “Azercell”:“Evdə qal” çağırışını əldə bayraq edən “Azercell”in riyakarlığı
31-03-2020, 15:34

Mobil operatorun hesabına milyonlar qazandığı müştərilərinə sosial məsuliyyətdən çıxış edərək dəstək əvəzinə, etinasızlıq göstərməsini yalnız bu cür dəyərləndirmək mümkündür.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq tətbiq edilən karantin rejiminə əsasən, martın 29-dan aprelin 5-ə qədər ölkə ərazisində qeyri-iş günü elan edilib, həmin gündən qeyri-müəyyən müddətə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, xidmət və ticarətlə məşğul olan bütün obyektlərin fəaliyyəti qadağan olunub. Bu o deməkdir ki, özəl sektorda çalışanların işləri müvəqqəti də olsa, dayanacaq. Həyati əhəmiyyət daşıyan bu ciddi təhülkənin qarşısında qabaqlayıcı tədbir kimi bu addım alqışlanmalıdır.

Məhz bu səbəbdən də dövlətin çağırışlarına qoşulan bütün təşkilatlar və şirkətlər “Evdə qal” şüarı ilə xalqı evdə qalmağa çağırır. Bundan əvvəl isə məlum vəziyyətlə bağlı fəaliyyətini məhdudlaşdıran və istehsalını dayandıran şirkətlər və müəssisələr daxil olmaqla bir çox qurumlar Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına pul köçürüb. Təbii ki, kampaniya xətrinə, dövlət başçısının çağırışını əsas götürən bir şirkətlər də bu aksiyaya qoşulub və dəstək göstəriblər.

AzToday.az xəbər verir ki, bu günlərdə bu dəstəyə kampaniya xətrinə qoşulanlar da bəlli olub. Belə ki, koronavirusun zərər yox, xeyir verdiyi “Evdə qal” çağırşına qoşulub, az qala camaata əmr formasında mesaj göndərən bəzi müəssisə, şirkət və qurumların nədənsə hesabına xeyli qazanc əldə etdikləri, koronavirusa görə işindən olan vətəndaşlara dəstək göstərməyi fikirləşmirlər. Məsələn, rəsmi məlumata görə, ölkədə ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” Məhdud məsuliyyətli Cəmiyyəti (MMC), demək olar ki, gündəlik qazancı olmayan minlərlə abunəçisinin qeydinə qalmaq üçün heç bir addım atmaq istəmir. Baxmayaraq ki, özlərinin də elan etdiyinə görə, “Azercell” ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 milyard dollardan artıq sərmayə qoyub, qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Bəs bu çətin durumda “Azercell” şirkəti niyə sosial çağırışlardan əlavə olaraq sosial layihə elan edərək onların hesabına Azərbaycanda lider mobil operatora çevrildiyi ölkə vətəndaşlarını sevindirmək istəmir?

Axı mobil rabitə xidmətləri bəlkə də ölkədə yeganə sektordur ki, koronavirusdan zərər yox, xeyir götürür. Bu bir faktdır ki, evdə qaldıqları üçün insanlar hazırda əvəvəlkidən daha çox mobil xidmətlərdən istifadə edir və “Azercell” şirkəti kimi mobil operatorlara milyonlar qazandırmaqda davam edir.

İndiki durumda birmənalı şəkildə demək olar ki, kampaniyaya qoşularaq “Evdə qal” çağırışını əldə bayraq etsə də, qazancsız qalan abunəçilərinin cibinə girməklə milyonlar qazanmaqda davam edən “Azercell” şirkəti riyakarlıqla məşğuldur. Az qala gündə beş dəfə abunəçilərinə “EVDƏ QAL” mesajı göndərən “lider mobil operator”un əməllərində sosial məsuliyyətdən əsər-əlamət yoxdur. Ölkəmiz üçün bu çətin dövrdə “Azercell”in rəhbərliyi nəinki mobil və data xidmətlərində qiymətləri aşağı salmaq haqqında fikirləşmir, heç azacıq da olsa sosial məsuliyyət dərk edərək karantin müddətində evdə qalan müştərilərinə güzəşt tətbiq etməyi də istəmir. “Azercell” MMC, hətta digər mobil operatorlardan fərqli olaraq atdığı bəzi addımlarla az qala inhisarçılığa meyillənir.

Sərmayədarı Türkiyə şikrəti olan “Azercell” MMC-nin başbilənlərinin karantin rejimində evindən çıxmayan abunəçilərnin hər birinə hələ də “3, 5, 10 manatlıq” kimi baxmasına cavab olaraq Türkiyə telekanllarında yer alan reklamı xatırladırıq: “Evdə qal” çağırışına qoşulan “Türktelecom” şirkəti bu günlərdə keçirdiyi aksiyada abunəçilərinə axşam saat 19:00-dan səhər saat 7:00-a qədər pulsuz danışıq, 65-dən yuxarı olanlara isə 500 dəqiqə hədiyyə verir. Bu nümunədən “Azercell” şirkətinin xəbərsiz olması inandırıcı deyil. Ən azından bu nümunədən sonra “Evdə qal” çağırışının önündə gedən “Azercell” şirkəti evdə qalan abunəçilərinə dəstək olmalıydı…

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.