XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda dezinfeksiya şou xarakterli görüntüsü... - GİLEY

Sumqayıtda dezinfeksiya şou xarakterli görüntüsü... - GİLEY

Sumqayıtda dezinfeksiya şou xarakterli görüntüsü... - GİLEY
30-03-2020, 09:54

"Sosial şəbəkələrdə xarici ölkələrdə aparılan dezinfeksiya tədbirlərinə baxdıqca analoji olaraq şəhərimizdə aparılan dezinfeksiya işləri ilə müqayisə edilməyəcək dərəcədə fərq ortaya çıxır". Bunu DİA.AZ-a yazan oxucumuz bildirir.

Redaksiyamıza göndərilən məqalədə daha sonra deyilir: "Qardaş Türkiyənin ən ucqar şəhərlərində belə bələdiyyə və icra orqanları tərəfindən şəhərin küçə yollarının şampunlar vasitəsi ilə yuyulduğunu görürük. Avropa ölkələrinin əksəriyyətində küçələrdə ictimai nəqliyyat dayanacaqlarında covid-19 virusundan qorunmaq məqsədi ilə ara məsafəsi saxlanılmaqla avtobus gözləmək lazım olduğunu bildirən marifləndirici lövhələr vurulmuş plakatlar yuyulub təmizlənmiş halda şəhər əhalisinin istifadəsindədir.

Əhali sayına görə Respublikamızda Bakıdan sonra 3-cü ən böyük şəhər olan Sumqayıtda isə bir neçə avtobusu çıxmaq şərti ilə nə avtobuslarda əlləri dezinfeksiya etmək üçün antiseptik məhlul qoyulub nə də paslı, zibilli, antisanitar vəziyyətdə olan avtobus dayanacaqları yuyulub təmizlənməyib. Bəzən 10 nəfərdən də çox adamın toplaşıb avtobus gözləməli olduğu bu natəmiz dayanacaqlarda Bakı da daxil olmaqla bütün sivil şəhərlərdən fərqli olaraq nəinli sosial xarakterli marifləndirici reklam lövhələri asılmayıb, əksinə avtobus dayanacağında avtobus gözləyən sərnişinləri qıcıqlandıraraq avtobus qiymətinə taksi sifariş etməyə çağıran yalançı reklam lövhələri vurulub. Guya avtobus qiymətinə 30 qəpiyə taksi sifarişi yazılsa da faktiki olaraq 30 qəpiyə taksi sifariş edən hələ olmamışdır. Bu cür həssas məqamlarda bu cür yalançı reklamların kimin maraqlarına xidmət etdiyi çox qaranlıqdır. Nəticə olaraq belə çıxır ki, bizdə xaricdən fərqli olaraq hardan pul çıxırsa o iş görülür, Evdə otur kompaniyasına qoşul canını qoru.Müqayisəli fotofaktda hər şey aydın görsənir".
Sumqayıtda dezinfeksiya şou xarakterli görüntüsü... - GİLEY

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.