Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb
- 19-03-2020, 20:37
- 866
Bayramla əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları, ilk növbədə, yardıma ehtiyacı olanlar – şəhid, əlil ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və iki gün ərzində, ümumilikdə, 550-dən çox ailəyə təqdim olunub.