XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezident Administrasiyasından çıxarılan gənc İlham Əliyevə şikayət etdi - MƏTN

Prezident Administrasiyasından çıxarılan gənc İlham Əliyevə şikayət etdi - MƏTN

Prezident Administrasiyasından çıxarılan gənc İlham Əliyevə şikayət etdi - MƏTN
18-03-2020, 09:17

Prezident Adminstrasiyasının keçmiş əməkdaşı Gülsel Səfərova sosial şəbəkə üzərindən Prezident İlham Əliyevə müraciət edib

Gununsesiaz.info-ya istinadən həmin müraciəti təqdim edirik:

“Məni tanıyan hər kəs bilir ki, uzun illər gənclər hərəkatının ən fəallarından biri olmuş, cənab Prezident İlham Əliyevlə fəal ictimai gənclərlə birlikdə görüşdə iştirak etmiş, son 5 ildə Prezident Administrasiyasında işləmiş, dövlət qulluğunun müşaviri olmuşam. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclasda 5 il nümayəndə heyətinin üzvü olmuş, 30-dan artıq ölkədə dövlətimi rəsmi və ya ictimai əsasda təmsil etmişəm. Bununla bağlı çox yazmayacam.

Lakin hazırda mənim kimi ölkə başçısına və dövlətinə sadiq olan şəxsləri narahat edən məqamları yazmaq istəyirəm. Artıq 4 aya yaxındır ki, mənimlə birlikdə 20-dən artıq Administrasiya əməkdaşı səbəb qeyd edilmədən işindən kənarlaşdırılıb. Mən hər zaman dövlətimə vicdanımla işləyib, Cənab Prezident və Birinci Vitse-prezidentin həyata keçirdiyi siyasi kursun icraçısı olmuşam.

Cənab Prezident,

Şəxsən mən ilk növbədə PA rəhbəri Samir Nuriyevə aidiyyatı problemlə bağlı məktub ünvanladım, lakin məktub aylardır cavabsız qaldı. Daha sonra Sizə müraciət məktubu ünvanladıq. Bildiyim qədəri ilə bu məsələ ilə əlaqədar Prezidentin köməkçisi Anar Ələkbərov və PA rəhbəri Samir Nuriyev məşğuldur.

Məktublarımıza cavab verilməmiş, hansı səbəbə kənarlaşdırıldığım barədə heç bir məlumat almamış və 2011-ci il iyulun 1-də imzaladığınız fərman icra edilməmişdir. Fərdi və ya kollektiv müraciətlərimə baxmayaraq, heç bir əlaqə yaradılmamışdır.

Sizin hər bir məsələyə olduqca ədalətli və diqqətli yanaşdığınızı bildiyimə görə bu müraciətin də öz müsbət həllini tapacağına inanıram”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.