"Avromed”in rəhbəri vəzifəsindən azad olundu
"Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
“Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, - deyə şirkət bəyan edib.
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.
Deputat Cavanşir Feyziyevə məxsus olan “Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək