SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident aparatının sektor müdirindən vətəndaşlara qarşı hörmətsizlik!

Prezident aparatının sektor müdirindən vətəndaşlara qarşı hörmətsizlik!

Tarix:

12-03-2020, 13:46

/ 2 048 dəfə oxundu.
Prezident aparatının sektor müdirindən vətəndaşlara qarşı hörmətsizlik!

Prezident Administrasiyasının sektor müdiri və məsul əməkdaşları Mingəçevirdə qəbula yazılmış bəzi vətəndaşlarla görüşməyib.

11 mart 2020-ci il tarixdə saat 10:00-dan başlayaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin binasında Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov və onula birgə gəlmiş digər iki nəfər məsul əməkdaş bir neçə gün öncədən qəbula yazılan Mingəçevir sakinlərinin qəbulunu keçiriblər(?).Ancaq bu qəbul prosesində baş verən bəzi olaylar cənab prezidentin tapşırıq və göstərişlərinə sayğısızlıq olmaqla yanaşı,həm də sözün əsl mənasında utancverci olub.

Kanal32.az-ın redkaisyasına müarciət edən Mingəçevir sakini Mediyev Barat Əlmirzə oğlunun,adlarının çəkilməsini istəməyən daha 4 nəfərin və Mingəçevirdə məskunlaşan Ağdam köçkünü Əmirov Vəkil Əli oğlunun sözlərinə görə iki-üç gün öncədən qəbula yazılsalar da,Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov tərəfindən qəbul edilməyiblər.Müxtəlif bəhanələrlə onların başlarnı qatıblar və bu zaman prezidentin tapşırığı ilə adminstrasiyadan gələn bu məsul əməkdaşlar elə səhər saatlarında arxa qapıdan çıxıb gediblər.Arada qalan isə Mingəçevir Şəhər İcra Haikimiyyətinin əməkdaşları olub.

Şəhər sakini Mediyev Barat deyir ki,qəbula yazılmaqda məqsədi qardaşının itikin düşməsi hadisəsinə görə iki ildir Ağsudakı polis özbaşınalığı və məmur süründürməçiliyi ilə üz-üzə qalmasına,müxtəlif instansiyalara etdikləri şikayətlərinə baxılmamasına görə ən yuxarı orqan kimi Prezident Administrasiyasının məsul şəxsləri vasitəsi ilə müarciətinin ölkə başçısına çatdırmaq olub.Amma,nə fayda…

Mingəçevirdə məskunlaşan Ağdam köçkünü Əmirov Vəkil Əli oğlu isə bildirib ki,onun Prezident Administrasiyasının məsul şəxsləri ilə görüşməkdə məqsədi heç də yerli icra hakimiyyətindən şikayət etmək olmayıb.Onun şikayəti özünü “müstəqil respublika” elan edən ,”Burada mənəm,Bağdada kor xəlifə” prinsipi ilə işləyən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasın rəhbərliyinin qanunsuz əməlləri barədə olub.

Adlarının çəkilməsindən qorxan digər şikayətçilərin sözlərinə görə,vətəndaşlara qarşı bu cür saymazyana münasibət sərgiləyən məmurlar ölkə başçısı Cənab İlham Əliyevə xəyanət edirlər və məqsədli şəkildə insanları dövlətdən narazı salırlar.Belə addımların bir adı var:“Dövlətə və preizdentə xəyanət!”

Qeyd edək ki,redaksiyaya müraciət edən şikayətçilərin iddiaları ilə bağlı Prezident Administrasiyasından rəsmi mövqe öyrənmək üçün qurumun 012-437-12-98, 012-492-18-86 və 012-437-11-90 nömrlərinə dəfələrlə zəng etsək də,cavab verən olmadı.

Prezident Administrasiyasının və şəxsən Vəfadar Bağırovun mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Şərhlər

XƏBƏR LENTİ