XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "İDEAL Perfumery&Cosmetics” dükanından ŞİKAYƏT - FOTO

"İDEAL Perfumery&Cosmetics” dükanından ŞİKAYƏT - FOTO

"İDEAL Perfumery&Cosmetics” dükanından ŞİKAYƏT - FOTO
12-03-2020, 09:18

Turan Turan nikli istifaddəçi facebookdakı “Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb. Onun şikayəti Sumqayitdaki “İDEAL PerfumeryCosmetics” dükanındandır.
Sfera. az xanım istifadəçinin paylaşımını oxucularına təqdim edir: “8 mart öncəsi hədiyyə almaq üçün Sumqayitdaki “İDEAL PerfumeryCosmetics” dükanına getmişdim. Əvvəlki günlərə nisbətən adam çox idi deyə, saticilar xidmət göstərməyə catdirmirdilar. Hətta onlardan birinə müraciət edəndə (eynekli qarayaniz qiz idi) həmən hansı qiymətə ətir almaq istədiyimi soruşdu, halbuki ondan məsləhət istəməmişdim.50 – 100 AZN civarinda ətir istədiyimi biləndə ağız büzüb uzaqlaşdi.
Uzun sözün qısası, başqa bir saticiya muraciət etdim, o kömək etdi və cəmi 3 ətir seçdim. Bəyəndiyim ətirlərdən biri də Mont Blanc idi. Ətirləri götürüb götürüb xəzinəyə yaxinlaşanda məlum oldu ki, Mont Blanc ətirinin adı sistemdə olmadığından onun qiymətini vura bilmirlər. Problemi həll etmək üçün meneceri cağirdilar, o da ətiri götürüb yoxa çixdi.
Sonra məlum oldu ki, ətiri mənə sata bilməzlər (səbəbini elə də anlamadım). Daha sonra həmin menecer münasib qiymətə başqa bir ətir məsləhət gördü. Xəzinəyə yaxinlaşanda isə o ətirin də qiyməti menecer dediyindən fərqli çixdi. Hədiyyə almali olduğum üçün başqa bir ətir seçib ödəniş etdim.
Şikayət etməyi ümumiyyətlə sevmirem, amma bu məsələni sizinlə paylashmaq istədim. Ümid edirəm ki, az da olsa, məni anladınız.”
"İDEAL Perfumery&Cosmetics” dükanından ŞİKAYƏT - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.