XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanlı xəstələrin ən çox öldüyü klinikalar – TOP-5 SİYAHI

Azərbaycanlı xəstələrin ən çox öldüyü klinikalar – TOP-5 SİYAHI

Azərbaycanlı xəstələrin ən çox öldüyü klinikalar – TOP-5 SİYAHI
11-03-2020, 18:16

Son illər Azərbaycandan müalicə məqsədilə xaricə üz tutan vətəndaşların sayı sürətlə artır. Təsadüfi deyil ki, həkim səhvinin qurbanı olan soydaşlarımız çıxış yolunu xarici ölkələrdən birinə, İrana, Türkiyəyə, Rusiyaya və s. getməkdə görürlər. Nə qədər qəribə olsa da, özəl və ya dövlət xəstəxanaları ölüm halları ilə bağlı o zaman rəsmi açıqlama yayırlar ki, artıq bu məsələ ictimailəşmiş olsun. Əks halda bu kimi hallar ümumiyyətlə gizlədilir, şirnikləndirici yollarla xəstənin yaxınlarını ələ almağa çalışırlar.

Hokm.az dünyanın ən böyük elektron axtarış sistemi – “google”yə istinad edərək, adı xəstə ölümündə hallanan TOP-5 klinikaların siyahısını təqdim edir:

Siyahıya paytaxtın mərkəzində yerləşən “Grand Hospital” rəhbərlik edir. Adıçəkilən hospitalda çoxlu sayda xəstələrin ölümü və şikəst edilməsi bu klinikanın rəhbərliyini məcbur etdi ki, xəstəxananın adını dəyişsinlər. “Ege Hospital” adı ilə yenidən fəaliyyətə başlasalar da, yenidən burada kütləvi ölümlərin olduğu və onlarla xəstənin səhv diaqnoz və müalicəyə cəlb edildiyi faktları ortaya çıxdı.

Hazırki adı “Ege Hospital”, öncəki adı “Grand Hospital”da olan rəsmi faktlar:

– 2017-ci ildə 2 pasiyent ölümü və əməliyyat zamanı pasiyentin itirilməsi;

– 20 yaşlı Ayşən Mirzəyevanın damarın hemangioması əməliyyatı zamanı beyninə yad cisim getməsi nəticəsində ölməsi;

– 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ürək əməliyyatı zamanı həyatını itirməsi;

– Sumqayıtdan ağır vəziyyətdə ürək əməliyyatı üçün gətirilən Paşayev Bəradərin 5000 AZN vəsaiti ödəyə bilmədiyinə görə, “girov saxlanılması”;

– 10 aylıq körə Zəhranın səhv diaqnoz ucbatından ölümlə üz-üzə qalması;

Siyahıda ikincilik “Elmed” klinikasına məxsusdur. Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən bu klinikanın adı vaxtaşırı olaraq mətbuatda çəkilir. Hər dəfə “Aydan arı sudan duru” çıxmağa çalışan klinika rəhbərliyi baş verənləri ictimaiyyətdən gizlətməyə və ört-basdır etməyə çalışır.

“Elmed” klinikasında olan rəsmi faktlar:

– Müğənni Nazim Pişyarinin uğursuz əməliyyatı və ölümdən dönməsi aylarla gündəmdən çıxmadı. Öd kisəsindən 4 dəfə əməliyyat olunan sənətçi yarımcan halda Türkiyədə yenidən əməliyyat edildi və səhv diaqnoz qoyulması və yanlış əməliyyat olunması ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etdi. Daha sonra Elmed klinikanın və həkim Elman Əzimovun əmlakı üzərinə həbs qoyuldu. Lakin məhkəmə prosesində qərar Nazim Pişyarinin xeyrinə olmadı. Müğənni hələ də həkimdən 60000 dollar pulunun qaytarılmasını tələb edir.

– Elmed klinikasında estetik əməliyyat olunan Məfluqə Rüstəmova əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdi.

Siyahıda üçüncü yeri “Zəfəran” Hospital tutur.

İranlı estetik cərrah Sirus Qoçhaninin liposaksiya əməliyyatı etdiyi 22 yaşlı Leylanın ölümü uzun müddət ölkə gündəmini zəbt etdi. Mərhumun anasının şikayət etmədiyi rəsmi qurum və instansiya qalmadı. Lakin bütün bunlara baxmayaraq, “Zəfəran” vəziyyətdən “alnıaçıq” çıxmağı bacardı.

Leyla Şıxlınskaya klinikası siyahlda dördüncü yerdə qərarlaşır. Sahibi, aktrisa Leyla Şıxlınskaya klinikanı satandan sonra adı dəyişsə də, hələ də bu klinikada baş verən faciələrə hüquqi qiymət verilməyib.

Misal üçün 2017-ci ilin sentyabr ayında 31 yaşlı qadının doğuş zamanı dünyasını dəyişməsi faktı, o cümlədən klinikanın adının yeyinti qalmaqalı

ilə bağlı məhkəmə proseslərində hallanması bu klinikaya olan ümidləri tamamilə puç etdi.

“MedEra” klinikası da ölümlərin ən çox baş verdiyi, səhv diaqnoz və müalicənin aparıldığı tibb mərkəzi olaraq cəmiyyətdə populyarlıq qazanıb.Ötən ilin dekabrında 1977-ci il təvəllüdlü Anar Hümbətovun sol çiyin nahiyəsində əməliyyatı zamanı ürəyi dayansa da, həkimlər onun həyatını xilas edə bilməyib. Yaxınları xəstənin ölümündə həkimi gühanlandırıb. Əvəzində isə klinika rəhbərliyi isə məsuliyyəti boynundan atmağa çalışıb.

İl ərzində doğuş və qeysəriyyə əməliyyatları zamanı baş verən ana və körpə ölümlərinin də sayı az olmayıb. Hətta bununla bağlı Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işləri də açılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.