XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirliyin şöbə müdirinə dələduzluq ittihamı

Nazirliyin şöbə müdirinə dələduzluq ittihamı

Nazirliyin şöbə müdirinə dələduzluq ittihamı
11-03-2020, 10:11

Mikayıl Nuriyev və qohumları onu 200 min manat ziyana salıblar...
Məni vadar edirlər ki, benzin töküb özümü Baş Prokurorluğun qabağında yandırım. Başqa yolum qalmayıb, maşında benzin gəzdirirəm, özümü yandıracağam”. Bu sözləri Ucardan olan sahibkar Çingiz Mayılov bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə şöbəsi rəisi Mikayıl Nuriyev və qohumları onu 200 min manat ziyana salıblar.

İş adamı prezidentin sahibkarlara şərait yaradılması barədə çıxışından ürəklənərək Gürcüstanın “Georgi LTD” şirkətindən orqanik üzvü olan gübrə gətirib. Aqrolizinqin baş idarəsinin göstərişi ilə uğurla sınaqdan çıxmış gübrəni qurumun rayonlardakı şöbələrinə paylayıb.

Amma bu günə kimi sahibkarın pulu qaytarılmayıb. Sahibkar deyir ki, kredit götürmüşdü və indi bank onu məhkəməyə verərək pulu tələb edir: “Kənd Təsərrüfatı naziri İnam Kərimovun qəbulunda oldum.

Bundan sonra cəmi 40 min manatım qaytarıldı, yerdə qalan hissə verilmədi. Nazir dedi ki, biz heç nə edə bilmərik. Mən prokurorluğa, ölkə rəhbərliyinə, bütün orqanlara müraciət etmişəm.

Mikayıl Nuriyevlə Qida Təhlükəsizliyi Agentliyində Balarəhim müəllim əlbir olaraq, məni aldadıblar. Gürcüstandakı həmin şirkətdən də rəy alıblar ki, guya malların saxlama müddəti bitib. Mikayıl Nuriyevin qohumları olan nazirliyin işçisi Aytən Əzizbəyli və Vüsal Həsənov da bu işin içindədir”.

Ç.Mayılov prezidentə üz tutaraq qeyd edib ki, sahibkar olaraq aldadılıb: “Biz kimə inanaq? Axı mən sahibkaram, prezident hərə dəfə deyir ki, iş adamlarına şərait yaradılmalıdır. İndi 200 min banka borcum var, məni məhkəməyə veriblər. Özümü prokurorluq qabağında yandıracağam. Başqa çarə qoymadılar”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.