20 Yanvar şəhidlərin qanlı paltarları bu günə qədər saxlanılır
"20 Yanvar şəhidlərin qanlı paltarları bu günə qədər saxlanılır".
Bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş "20 Yanvar-Şəhidlik zirvəsi" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları sədrinin müavini Fuad Nurullayev deyib.
F. Nurullayev bildirib ki, əslində şəhidlər paltarları ilə dəfn edilməli idi: "Ancaq o dövrdə insanlarımız bunu fərqli başa düşürdü. Həmin vaxt Azərbaycan dövləti başsız idi, bir neçə ağsaqqal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başına yığılmışdı. Şeyxülislam Allahşükür Paşazadə və ağsaqqallar da bunu nəzərə aldı.
Ancaq şəhidlərin o qanlı paltarları saxlanıldı, bu gün də saxlanılır. Çünki bu, bir tarixdir. Bir məqamı da qeyd edim. O zaman şəhidlərin doğulduqları rayonlarda dəfn edilməsi istənilirdi. Rejim rəhbərləri istəyirdilər ki, şəhidlər müxtəlif rayonlarda dəfn olunsunlar, bu faciə də ört-basdır edilsin. Ancaq şəhidlərin köhnə Çəmbərəkənd qəbiristanlığında dəfninə nail olundu. O qəbiristanlıqda əsrin əvvəlində ermənilərin qətlə yetirdiyi insanlarımız dəfn edilmişdi".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...