XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Moll”lar, kino salonları, əyləncə məkanları necə qorunur? - “Hər yarım saatdan bir spirtlə...”

"Moll”lar, kino salonları, əyləncə məkanları necə qorunur? - “Hər yarım saatdan bir spirtlə...”

"Moll”lar, kino salonları, əyləncə məkanları necə qorunur? - “Hər yarım saatdan bir spirtlə...”
3-03-2020, 16:17

Məlum olduğu kimi, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkənin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə qərar verilib.

Azərbaycanda insanların daim üz tutduğu, kütləvi gediş-gəliş məkanları necə qorunur? Bu cür məkanlarda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün hansı önləyici tədbirlər görülür?

“Ganjlik Mall”, “28 Mall”, "Amburan Mall”, “Port-Baku Mall”, “Şüvəlan Park” Ticarət Mərkəzi, Gəncə şəhərindəki “Ganja Mall”-ın daxil olduğu “Paşa-İnşaat” Ticarət Mərkəzləri Qrupunun Marketinq rəhbəri Nuranə İsgəndərova Cebhe.info-ya açıqlamasında adıçəkilən ticarət mərkəzlərindən gündəlik məlumat daxil olduğunu, hər hansı bir problemin müşahidə olunmadığını bildirib.

O, həmin mərkəzlərin mütəmadi dezinfeksiya edildiyini deyib:

“Hökumət tərəfindən də virusun yayılmadığı açıqlanıb. Məktəblər dezinfeksiya tədbirlərinə görə bağlanılıb. Bizim “Moll”larda isə daim təmizlik və dezinfeksiya işləri aparılır. Hazırda həmin işlər gücləndirilib. Gündəlik olaraq trafikə nəzarət edirik. Bizim “Moll”larda trafik düşməyib”.

Dövlət Akademik Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova teatr binasında gigeyena qaydalarına ciddi əməl olunduğunu bildirib:

“Bizdə ümumiyyətlə, hər zaman gigeyena qaydalarına ciddi əməl olunur. Dəhlizlərdən tutmuş tamaşa zalına qədər hər yerin təmizliyinə diqqət verilir. Bacardığımız qədər qorunuruq. Tamaşalarımız davam etdirilir, əvvəl olduğu kimi hər kəs öz işindədir. Hazırda teatrda bir neçə tamaşanın məşqi gedir. Ümumiyyətlə, mart ayı boyunca repertuarda olan bütün tamaşalar qüvvədədir və hamısı da öz ardıcıllığı ilə nümayiş olunacaq".

“28 Mall” Ticarət və Əyləncə Mərkəzində yerləşən “SinemaPlus 28 Mall” kinoteatrının nümayəndəsi Mehman Nəsirov bildirib ki, hər yarım saatdan bir müştərilərin toxuna biləcəyi yerlər spirtlə silinir.

Onun sözlərinə görə, hələ ki film nümayişlərinin təxirə salınması ilə bağlı məsələ müzakirə olunmayıb:

“Hələ ki fəaliyyətimiz əvvəlki rejimlə davam edir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.