SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özəl tədris mərkəzləri Təhsil Nazirliyini saymır, koronavirusdan qorxmur...

Özəl tədris mərkəzləri Təhsil Nazirliyini saymır, koronavirusdan qorxmur...

Tarix:

3-03-2020, 16:02

/ 1 036 dəfə oxundu.
Özəl tədris mərkəzləri Təhsil Nazirliyini saymır, koronavirusdan qorxmur...

Narınc” Psixologiya Mərkəzi Nazirlər Kabinetinin yanında yaradılan operativ qərargahın təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı verdiyi qərarı saymır.

Qaynarinfo xəbər verir ki, həmin qərardan sonra "Narınc” Psixologiya Mərkəzi sosial səhifəsində elan verərək martın 3-dən 9-dək fəaliyyətdə olacağını açıqlayıb:

"Əziz valideynlər, nəzərinizə çatdırırıq ki, "Narinc” Psixologiya Mərkəzi 03.03.2020-10.03.2020 tarixlərində fəaliyyətdə olacaqdır. Mərkəzdə dezinfeksiya tədbirləri hər gün həyata keçirilir”.

"Narinc” Psixologiya Mərkəzi kimi əksər özəl təhsil müəssələri də fəaliyyətini davam etdirir.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Büllurə Hacızadə ilə əlaqə saxladıq. O bildirdi ki, qərar istisnasız olaraq bütün tədris müəssisələrinə aiddir:

"Qərar Azərbaycan ərazisində özəl sektorlar da daxil olmaqla bütün tədris müəssisələrinə şamil olunub”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, özəl təşkilat və müəssisələrdə dizinfeksiya işləri onların öz vəsaiti və imkanları hesabına həyata keçirilir:

"Nazirlər Kabineti yoluxma hallarının qarşısının alınması məqsədi ilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etdi. Təhsil haqqında qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir. Amma Baş nazirin imzaladığı qərarda bu, öz əksini tapmayıb. Birmənalı şəkildə istər dövlət, istərsə də özəl orta məktəb, bağça, ali məktəb, kolleclərdə dərslər dayandırılıb. Bura yalnız hazırlıq kursları, repetitor xidməti göstərən mərkəzlər daxil deyil. İkinci məsələ isə dezinfeksiya işlərinin əhatə dairəsi ilə bağlıdır. Belə ki, Nazirlər Kabinetinin qərarında mülkiyyət formasından asılı olmayaraq, Təhsil Nazirliyinə tabe bütün növ və pillə təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması qeyd olunub. Amma burada prosedur qayda belədir ki, dövlət təşkilatları, müəssisələrində, məktəb, bağça, kollec, universitetlər və mərkəzlərdə bu, dövlət büdcəsinin vəsaiti hesabına, amma özəl təşkilat və müəssisələrdə dizinfeksiya işləri onların öz vəsaiti və imkanları hesabına həyata keçirilir. Hər hansı bir özəl qurumun dizinfeksiya işlərini məcburi olaraq aparması qanunda qeyd olunmayıb”.

Qeyd edək ki, Təhsil Nazirliyi Nazirlər Kabinetinin yanında yaradılan operativ qərargahın təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı verdiyi qərardan sonra Azərbaycanda dərslərin dayandığını açıqlayıb: "Hər zaman övladlarımızın psixi sağlamlığının keşiyindəyik. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırııb. Bu qərar mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində qüvvədədir”, - deyə vurğulayıb.
Özəl tədris mərkəzləri Təhsil Nazirliyini saymır, koronavirusdan qorxmur...

Şərhlər

XƏBƏR LENTİ