SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan İranla sərhədi bağladı

Azərbaycan İranla sərhədi bağladı

Tarix:

29-02-2020, 15:35

/ 1 017 dəfə oxundu.
Azərbaycan İranla sərhədi bağladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16:00-dan etibarən ikihəftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Nazirlər Kabinetindən verilən məlumata görə, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunmuş və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.

Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.

Şərhlər

XƏBƏR LENTİ