XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səfər Mehdiyevdən daha bir ŞİKAYƏT - "Aclıq hələ qabaqdadır"

Səfər Mehdiyevdən daha bir ŞİKAYƏT - "Aclıq hələ qabaqdadır"

Səfər Mehdiyevdən daha bir ŞİKAYƏT - "Aclıq hələ qabaqdadır"
28-02-2020, 16:04

Gömrüyün Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olduğunu hamımız bilirik. Xatırladaq ki, uzun illər bu qurumda sədrin birinci müavini olaraq çalışan Səfər Mehdiyev bu qurumun rəhbərliyinə təyinat alarkən təcrübəli bir şəxs kimi qurumdakı neqativ halların qarşısını alacağı ilə bağlı bəyanat vermişdi. Hətta qurum rəhbəri bir müddət sonra Gömrükdə monopoliyanın aradan qaldırıldığını və rüşvətin qurumdan yığışdırıldığını bəyan etmişdi. Bu gurultulu bəyanat cəmiyyətdə heç də bir mənalı olaraq qarşılanmamış və bir çoxları bu bəyanatı “dekorativ” xarakterli olduğunu bildirmişdi. Həmin şəxslərin yanılmadıqları da qısa müddət sonra ortaya çıxdı.

“Gömrükdə monopoliya və rüşvət olduğu sübut olunsa, mən istefa verəcəm”, kimi gurultulu bir bəyanat verən Gömrük Komitəsinin sədrinin qarşısına ciddi monopoliya faktları qoyulsa da, Komitə sədri iddialara və iradlara susmaqla cavab verdi.

DİA.AZ oxucuları yaxşı xatırlayır ki, gömrükdəki inhisarçılığı sübutlayan məqamları və bu məsələnin hansı yolla rəsmiləşdirlməsini konkret şəkildə izah etmişdik.

Son olaraq redaksiyamıza müraciət edən sahibkarldan birinin iddialarına görə, bu günlərdə Bak Baş Gömrük İdarəsində olub və ona bir sahibkar olaraq "təkliflər" irəli sürülüb: "Mən hansı bizneslə məşğul olduğumu deməyəcəm. Çünki onların gücü çoxdur. Desəm, problem yaradacaqlar. Hara şikayət etsəm də, xeyri olmayacaq. Bu vaxta qədər belə görə-görə gəlmişik.

Amma bir məsələni deyəcəm ki, mənə bu günlərdə konkret olaraq biznesin hansı sahələri ilə məşğul olacağımı "məsələhət gördülər". Yəni qarşıma az qala siyahı qoydular ki, hansı biznesə girişə bilərəm, hansına yox. Yəqin digər sahibkarla ya indilərdə, ya da əvvəlindən belə xəbərdarlıq alıblar. Amma fakt odur ki, Səfər Mehdiyev gəlın gündən gömrükdə sahibkarlara daha çox zülm edirlər..."

Narazı sahibkar onu da iddia edir ki, əvvəllər olduğu kimik rüşvət versələr də, indi hər dediklərini gətirə bilməmələri səbəbindən durumları gərgindir: "Əvvəllər filan maldan bir az, bir az da digər maldan gətirib, buradakı işimizi tarazlayardıq. İndi elə bir şey yoxdur. Hansı işlə məşğulsansa, elə haqq verirsən ki, gətirdiyin ölkədəkindən baha qiymətə oturur. Bu da rəsmən monopoliya deməkdir. İndi görək, kasıblar necə dolacaq? Aclıq hələ qabaqdadır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.