XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

Prezidentdən kommunal xidmətlərlə bağlı qərar
28-02-2020, 11:34

Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək...
Bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"da əksini tapıb.

Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdirilməlidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.