SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətai Məhkəməsi ehtiyatda olan polkovnikə qarşı

Xətai Məhkəməsi ehtiyatda olan polkovnikə qarşı

Tarix:

27-02-2020, 08:25

/ 884 dəfə oxundu.
Xətai Məhkəməsi ehtiyatda olan polkovnikə qarşı

Xətai Rayon Məhkəməsinin hakimləri ehtiyatda olan polkovnik Mahir Sadıqovu mülki məsələ ilə bağlı süründürür, tərəfkeşlik edirlər.

Bu barədə Reportyor.info-ya danışan M.Sadıqovun sözlərinə görə, 2018-ci ilə qədər Türkan qəsəbəsindəki xidməti evdə yaşayıb.

Yeni zabitlərin gəlişindən sonra ehtiyata çıxan polkovnik ev növbəsinə düşə bilməyib, dövlət tərəfindən mənzillə təmin olunmayıb.

Bundan sonra bir il Əhmədlidə oğlunun mənzilində yaşayan M.Sadıqov vəfat etmiş xalasından ona qalan evə köçməli olub.

“Xalam vəfat edəndə evi adıma verdi. Bu yuva dədə-babamızdan qalıb. 2000-ci ildə köhnə baba evinin yerində tikilib.

2004-cü ildə də yeni tikiliyə Çıxarış verilib. Mən bura köçəndən sonra kredit götürüb şərait yaratmağa başladım. Çünki şərait yaxşı deyildi.

Amma bir az sonra qonşumuz Dilarə Darıyeva və qardaşları bizim evə tərəf pəncərə açdılar. Əvvəlcə, dinmədim. Halbuki, qanunu pozmuşdular.

Amma bir müddət sonra gördüm ki, indi də balkon tikməyə başlayıblar. Soruşanda dedilər ki, ailə böyükdür, çətindir.

Amma özlərinin böyük həyəti var. Bütün bu qanunsuz tikinti işlərini keçmiş JEK rəisi Barat Məmmədovun dəstəyi ilə həyata keçiriblər”,- deyə şikayətçi M.Sadıqov qeyd etdi.

Onun sözlərinə görə, Xətai Rayon Məhkəməsi Darıyevlər ailəsinin mövqeyini müdafiə edir və hansısa maraqlar qarşılığında onların hüquqlarını qoruyur.

Şikayətçinin hüquqlarının müdafiəçisi, ehtiyatda ola ədliyyə mayoru Telman Əbilov saytımıza bildirdi ki, 25 il silahlı qüvvələrdə xidmət etmiş bir polkovnik indi hüquqlarını təmin edə bilmir.

“Çox təəssüf ki, dövlətdən mənzil verilmədi, xalasının verdiyi evdə yaşamağa başlad. Bura da əl gəzdirib köçdü. Qonşusu isə keçmiş Jek RƏİSİ Barat Məmmədovla əlbir olublar, ona maneçilik törədirlər. Məqsəd buradakı 2-3 sot torpaq sahəsini ələ keçirməkdir. Həmin torpaq sahəsi bələdiyyə sənədi ilə müqavilə əsasında ona verilib.

Yəni, Sadıqovun istifadəsindədir və özəlləşdirə bilər. Onlar da Xətai Rayon Məhkəməsinə müraciət ediblər. İddia qoyublar ki, mənzil sökülsün. Əvvəla, bunun üçün gərək qeydiyyat vəsiqəsi ləğv edilsin, ikincisi, İnzibati-İqtisad Məhkəməsi bu mülki işə baxmalıdır.

Ancaq Darıyevlər təkid edirlər ki, işə Xətai məhkəməsi baxsın. Görünür ki, orada adamları var, hansısa hakimlə anlaşıblar.

Bu məsələ xeyli vaxtdır ki, sakitləşmişdi. Bu yaxınlarda Mahir Sadıqova məhkəmədən bildiriş gəlib. Misirzadə soyadlı bir hakim qərar verib ki, onun hasarı sökülsün.

Biz dəfələrlə müraciət etmişik, apelyasiya şikayəti vermişik. Ən axırda apelyasiya da qarşı tərəfin iddiasını təmin etdi, qərarı qüvvədə saxladı”.

T.Əbilov qeyd etdi ki, qoşnu tərəfindən qanunsuz olaraq açılan pəncərə bağlanmalıdır: “Biz bu iddianı qaldırmışdıq. Görülüb ki, hakim bir neçə prosesdən sonra qərar çıxarır.

Amma Xətai məhkəməsinin gənc hakimi Aygün Həsənova bir neçə dəqiqənin içində işə baxıb iddianı təmin etmədi”.

Şərhlər

XƏBƏR LENTİ