Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya daha 29 nəfər daxil olub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına bu gün həkim müayinəsi üçün 29 nəfər daxil olub...
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.
Qeyd olunub ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə, 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.
Birgə məlumatda ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılması, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamaq xahiş olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...