XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezidentə leksiya oxuyan nazir: “Sovetski” ona üsyan edir – Video

Prezidentə leksiya oxuyan nazir: “Sovetski” ona üsyan edir – Video

Prezidentə leksiya oxuyan nazir: “Sovetski” ona üsyan edir – Video
24-02-2020, 10:28

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına aid müşavirədə maliyyə naziri Samir Şərifovdan xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşmuşdu.

Nazir suala konkret cavab vermədiyindən prezident ona irad tutmuşdu: “Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa…”
Reportyor.info xəbər verir ki, indi də “Sovetski” məhəlləsinin sakinləri nazirdən kompensasiya ilə bağlı sadə cavab gözləyirlər, S.Şərifov isə gah leksiya oxuyur, gah yola verir, gah da verdiyi vədə əməl etmir.

“Sovetski” camaatı nazirliyə qəbula gedərək təzminatın məbləğindən şikayətləniblər. Onlara kvadratı 1500 manatdan artıq ödənilmir.

Mülk sahibləri isə evlərinin 25-30 kvadrat olduğunu, bu pula şəhərdə ev almağın mümkünsüzlüyünü qeyd edirlər. S.Şərifov sakinlərə söz verib ki, problemlə məşğuldur, onları qəbul edəcək. Amma hamını aldadıb.

Ümumiyyətlə, müşavirədə prezidentin verdiyi suala cavsbında lekdsiya oxuyan bir nazir niyə vəzifəsində saxlanılsın ki?! O, ya özü istefa verməli, ya da işdən azad olmalıydı.

***



S.Şərifov köhnə komandadan qalan tək-tük nazirlərdəndir. Siyasi elitanın yenidən formalaşdırılması istiqamətində verilən sərəncamlar ondan yan keçdi. Baxmayaraq ki, nazirlə bağlı ağır ittihamlar var idi: üç ölkənin agenti, manatın devalvasiyasının müəllifi, uğursuz maliyyə siyasəti, yerlərdə maliyyə rəislərinin icra başçılarına biət edərək maxinasiyalarda iştirakı, oğlunun Türkiyədə “Poyraz” adlı cins it bəsləməsi və s.

Belə gözləntilər varıydı ki, bank-maliyyə sektorunda əsas fiqurlar da yola salınacaq. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı yola salınsa da, Mərkəzi Bank sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifov kadr islahatları ərəfəsində vəzifədən azad edilmədilər.

Son olaraq prezidentin ona “leksiya oxuyursan” iradı ehtimalları gücləndirmişdi ki, Şərifov gedir. Üstəgəl, “Sovetski” əhlinin ondan narazılığı, maliyyə məsələsində ittiham etmələri göstərir ki, daha bir ağrılı yer, yəni “zəif bənd” düzəlməlidir.

***

Ölkədə dollar qıtlığı yarandığı bir ərəfədə S.Şərifovun daha bir “ÇP”-si üzə çıxdı. Məlum oldu ki, S.Şərifovun nəzarətində olan “Azər Türk Bank” “qara bazar”ın əsas təminatçısı olub.

Samir Şərifov haqda gizli bəzən isə açıq şəkildə “peşəkar”, “yenilikçi”, “dünya standartları”na meyilli nazir obrazı formalaşdırmaq üçün təbliğat aparılır. Faktlara diqqətlə nəzər yetirsək bunun tam əksinin şahidi olarıq.

Nazirin peşəkar fəaliyyətinə nəzər salanda görürük ki, bəli, onun heç bir iqtisadi, maliyyə-bank təhsili yoxdur, AMB-da (Mərkəzi Bankda) işləyərkən yalnız bir layihənin müəllifi olmuşdur – banklararası ödəniş AZİPS sisteminin.

Bu ödəniş sisteminə əsasən, ölkə daxilində manat ödənişləri, nədənsə, Beynəlxalq SWİFT sistemi üzərindən aparılırdı. SWIFT isə bəzi xarici mətbuatda səsləndirildiyi kimi, xarici kəşfiyyatın nəzarətindədir.

Təsəvvürünüzə gətirin ki, Azərbaycan bank ödəyicilərinin məbləğindən asılı olmayaraq (hətta 10 manat belə), banka yatırdığı pullar xaricə gedib qayıdırdı.

Və yalnız bankların etirazı nəticəsində milli təhlükəsizliyə zidd, banklara və ödəyicilərə daha bahalı, ümumiyyətlə absurd olan SWIFT-ə alternativ kimi xırda ödənişlər üçün XÖNKS adlanan sistem yaradıldı.

Maliyyə nazirinin Neft Fondundakı fəaliyyəti zamanı da xarici banklarla şübhəli əməliyyatlar apardığı barədə məlumatlar sızmışdı. Onun şübhəli əməlləri vaxtilə ölkə daxilində də qeyri-rəsmi araşdırma mövzusu olmuşdu. Maraqlıdır ki, yalnız Neft Fondunun yeni rəhbəri gəldikdən sonra Fond bu safədə səffaflıq üzrə beynəlxalq mükafata layiq görüldü.

Samir Şərifovun Maliyyə naziri kimi fəaliyyəti dövründə də Kapital Bankda “məharətlə” həyata keçirdiyi Əmanət Bankdakı əmanətlərin qaytarılması əməliyyatı, ABB-ni iflas vəziyyətinə salınması, ölkə rəhbərliyinə yalan rəqəmlər verməklə dövlətdən milyardlarla dollar vəsaitin sovrulması, “qara bazarın” bərpa olunmasındakı rolu, sığorta sektorunda inhisarçılığın yaranması və s. əməlləri geniş müzakirə edilib.

Bütün bunlardan sonra ölkənin maliyyə sisteminin Şərifova həvalə olunması maraqlıdır…

REPORTYOR.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.