Əli Əsədov bu qanuna dəyişiklik etdi
- 22-02-2020, 17:23
- 918
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilib. Eyni zamanda sənədə "psixoloji korreksiya" sözü salınıb.
“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarda edilən dəyişikliyə görə, sənəddəki “psixoloji və sosial reabilitasiyasını” sözləri “sosial reabilitasiyasını, psixoloji reabilitasiya və psixoloji korreksiyasını” sözləri ilə əvəzlənib.