Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ
Baş Dövlət Yol Polis İdarəsinin daha bir stasionar postu köçürülüb.
Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, köçürülən post yeni tikilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun keçdiyi hissəyə düşdüyü üçün yeri dəyişdirilib:
"Həmin post Samur-Dəvəçi kanalının yanında olan (SDK postu) stasionar postdur. Həmin post yolun çəkildiyi hissəyə düşdüyündən sökülərək yeni yolun kənarına köçürülüb. Hazırda post yeni yerində fəaliyyətini davam etdirir".
Xatırladaq ki, bir müddət əvvəl Bakı-Ələt yolunda fəaliyyət göstərən Qaradağ stasionar postu Səngəçal qəsəbəsinə köçürülmüşdü.
Həmçinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu (Ekologiya postu) sökülərək yeni yolun kənarına köçürüləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək