10 saylı DSK-da biabırçılıq: 7 məntəqəyə DSK sədrinin yaxın qohumları rəhbərlik edir+SİYAHI
- 19-02-2020, 15:56
- 1 261
Məlumatda 10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri İsgəndər Əliyevin bu illər ərzində "özəlləşdirdiyi" DSK-dakı yaxın qohumlarının siyahısı açıqlanıb. Bildirilir ki, İ.Əliyev məntəqə seçki komissiyalarının rəhbərliyinə öz qohumlarını yerləşdirib. Məlumatda DSK sədrinin qohumlarının rəhbərlik etdiyi MnSK-ların siyahısı da əksini tapıb. Həmin siyahını təqdim edirik:
11-ci MnSK-da Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;
12-ci MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;
17-ci MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) - Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;
18-ci MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) - Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;
24-cü MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;
25-ci MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;
36-cı MnSK-da (“N” saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) - Yeni Azərbaycan Partiyası (YAP) adından sədr.
Qeyd edək ki, 10 saylı dairədən parlamentə 6-cə dəfə Madər Musayev seçilib.