Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanıb
Bu məqsədlə həmin ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyinin nümayəndə heyəti ilə birgə Azərbaycan və Serbiya arasında sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli ölkəmizdə aparılan uğurlu sosial siyasətin nailiyyətləri barədə nümayəndə heyətinə məlumat verib. O, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, habelə pensiyaların artırılması istiqamətində atılan mühüm addımları qeyd edib. M.Abbasbəyli Azərbaycanda sosial sahədə aparılan genişmiqyaslı islahatları diqqətə çatdırıb, DOST konsepsiyası barədə ətraflı məlumat verib. Serbiya ilə sosial təminat sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu deyib. Bu sahədə əlaqələrin qarşılıqlı fayda verəcəyini, xüsusilə də hər iki ölkənin vətəndaşlarının digər ölkədə gələcək bərabər hüquqlu, etibarlı pensiya təminatına nail olması üçün önəmli olacağını vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Serbiyanın Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər nazirinin köməkçisi Zoran Milosevic ölkəsində əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün aparılan işləri və həyata keçirlən islahatlardan bəhs edib. O bu sahələrdə, eləcə də pensiya təminatı sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüş Azərbaycanın və Serbiyanın sosial təminat, xüsusilə pensiya sistemləri barədə qarşılıqlı təqdimatlarla, maraq doğuran sualların cavablandırılması ilə davam edib. Sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrin yekunlarına dair protokol imzalanacaq.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək