Bank “BTB”-nin 50-dən çox işçisi ixtisar olundu: Bu filialları bağlandı - SİYAHI
- 17-02-2020, 13:44
- 1 071
Unikal.org-un əldə etdiyi məlumata görə, bankın "Premium" və “Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.
Hazırda ASC-nin “Ticarət” filialı “Muğanbank”a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.
Qeyd edək ki, yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb.
Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.
Bank Unikal.org-a iki filialının bağlanması xəbərini təsdiq edib.