SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami rayon Məhkəməsindən ədalətsiz qərar

Nizami rayon Məhkəməsindən ədalətsiz qərar

Tarix:

12-02-2020, 14:30

/ 1 054 dəfə oxundu.
Nizami rayon Məhkəməsindən ədalətsiz qərar

Aktualxeber.az-ın redaksiyasına Məmmədov Tofiq Adəm oğluna qarşı edilmiş haqsızlıqla bağlı anası Məmmədova Səadət Hadı qızının müraciəti daxil olmuşdur. Belə ki, həmin müraciətə görə Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev onun oğlunu qanunsuz olaraq inzibati qaydada həbs etmişdir. Buna səbəb isə iddiaçı Ruşanov Samiq Hidayət oğlunun Məmmədov Tofiq Adəm oğluna qarşı 20.500 ABŞ dollar məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan tutularaq iddiaçıya verilməsi barəsində 01.07.2019-cu il tarixli, 2(007)-1794-2019 saylı Nizami rayon Məhkəməsinin hakimi Babək Qasımovun qəbul etdiyi qiyabi qətnamə olmuşdur.
Əslində isə bu qətnamə barədə cavabdeh T.Məmmədovun xəbəri olmamışdır. Yalnız 08.02.2020-ci il tarixdə ASAN Xidmətdə məhkumluq barədə arayış alanda bilmişdir ki, məhkəmədə hansısa işi var. Oradan o Nizami rayon icra məmuru Ağayev Tahir Saleh oğlunun yanına gəlmiş, bu barədə ona məlumat verilməsini tələb etmişdir. Orada icra məmuru onun izahatını alıb. Bundan sonra şikayətçi qeyd edir:“İcra məmuru oğluma deyib ki, get birinci gün gələrsən. O da birinci gün icra şöbəsinə getməmişdən əvvəl Nizami rayon Məhkəməsinə ərizə yazaraq onun barəsində qəbul olunmuş qətnamənin rəsmi olaraq verilməsini xahiş etmiş və ərizəsinin təsdiq olunmuş bir nüsxəsini özüylə aparıb icra məmuruna təqdim etmişdir. İcra məmuru orada onu bir neçə saat gözlətdikdən sonra Nizami rayon Məhkəməsinə aparıbdır. Orada isə qanunsuz olaraq inzibatı cəza olaraq 10 gün həbs verdi. Oğlum orada məhkəmin nəzərinə çatdırıb ki, bu qətnamə barədə xəbəri olmayıb, 08.02.2020-ci il tarixdə məlumatı olub və dərhal 10.02.2020-ci il tarixdə rəsmi dəftərxana vasitəsilə Nizami rayon Məhkəməsinə qərnamənin verilməsi barədə xahiş etmişdir. Həmin ərizənin təsdiq olunmuş bir nüsxəsi isə əlavə etmişdir. Sonradan Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin onun barəsində çıxarmış olduğu həbs qərarı ilə tanış olduqda oğluma məlum olur ki, məhkəmə onun adından danışmadığı sözləri qərara yazmış, Tofiqin təsdiq olunmuş ərizəsi barədə heç bir söz qeyd etməmişdir. Belə ki, qərarda guya oğlum borcu etiraf etmiş, hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Əslində isə o belə bir xahiş etməmişdir. Yuxarıda göztərdiklərimə əsasən mənə belə gəlir ki, məhkəmə oğlum barəsində qərəzli qərar qəbul etmişdir. Mənə belə gəlir hakim ki, iddiaçı Ruşanov Samiq Hidayyət oğlunun sifarişini yerinə yetirmişdir”.
Hüquqları pozulmuş vətəndaş bizim vasitəmizlə Cənab Prezidentə, Birinci Vitse-prezidentə, Məhkəmə-Hüquq Şurasına müraciət edərək ona köməklik göstərilməsini xahiş edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ