Sabiq icra başçısının oğlunun bıçaqlıdığı qadından xəbər var - bir tərəfi tam olaraq iflic olub
Həkimlər deyir ki, qızımın sağ əli və ayağı heç vaxt işləməyəcək. Bıçaq zərbələrindən bir tərəfi tam olaraq iflic olub. Ömür boyu yatağa məhkum olacaq.
Bu sözləri Axar.az-a 1 fevral tarixində Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova qızının durumu ilə bağlı danışarkən deyib.
E.Zeynalova bildirib ki, hələ də qızının vəziyyəti ağır olaraq qalır:
“Hələ bilinmir danışa biləcək, ya yox. Çünki özünə gələndə danışa bilmir. Bəzi səslər çıxarır, ancaq danışmır, söz deyə bilmir.
Həkimlər təhlükəni adlayıb-adlamadığı barədə bir söz deyə bilmir. Ümumiyyətlə düzəlməyə də bilər, çünki durumu çox ağırdır. Ancaq sağalsa da, yatağa məhkum olacaq. Cavan yaşında qızım şikəst oldu”.
Xatırladaq ki, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı küçədə bıçaqlayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək