""Soliton”un bu hərəkətini necə başa düşmək olar?" - GİLEY
"Soliton” mağazalar şəbəkəsində krediti nağdsız şəkildə ödəmək istəyən şəxsdən əlavə faiz tələb edilib.
Bu barədə Women.az saytına şikayət daxil olub.
5 fevral 2020-ci il tarixində, “Soliton”da (F. Xoyski (5 nömrəli xəstəxananın qarşısında) kreditini ödəmək istəyən şəxsdən 1.5 faiz əlavə ödəniş tələb edilib. Müştəri bunun səbəbini soruşanda isə “Şirkət rəhbərinin tapşırığıdır” cavabı ilə qarşılaşıb. Müştəri isə aylıq ödənişi olan 46 AZN-i bank kartı vasitəsilə ödəmək istəyib. O, 46 AZN əvəzinə 100 manat ödəmək istədiyini kassaya bildirib. Kassadan isə ona 100 yox, 101 manat 50 qəpik kartdan pul çəkiləcəyi deyilib. Bunu isə şirkət rəhbərliyinin tapşırığı əsasında etdiklərini qeyd ediblər. Eyni hal şirkətin Tbilisi prospektindəki filialında, həm də Fətəli Xan Xoyski küçəsindəki filialında təkrarlanıb.
Nəzərə alsaq ki, ölkə rəhbərinin tapşırığına əsasən, nəğdsiz ödənişlər stimullaşdırılmalıdır, “Soliton”un bu hərəkətini necə başa düşmək olar? Şirkət bank faizini müştəriyə yükləməyə çalışır, yoxsa, nağdsız ödənişləri stimullaşdırmaq əvəzinə nağd ödənişlərə üstünlük verir?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək