SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Allahdan qorxmursunuz?” - Daha bir şou nümayəndəsi səhiyyəni “yıxıb-sürüdü”

“Allahdan qorxmursunuz?” - Daha bir şou nümayəndəsi səhiyyəni “yıxıb-sürüdü”

Tarix:

3-02-2020, 15:44

/ 1 103 dəfə oxundu.
“Allahdan qorxmursunuz?” - Daha bir şou nümayəndəsi səhiyyəni “yıxıb-sürüdü”

Rəqqasə Aygün Xırdalan Təcili Tibbi Yardım xidmətini sərt şəkildə tənqid edib.
Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə video paylaşıb. Rəqqasənin sözlərinə görə, təcili tibbi yardım çağırsalar da, gələn olmayıb və onun zənglərinə əhəmiyyət verməyiblər:
“Xırdalan Təcilli Yardıma yığıram, elə bil, it bağlayıblar oraya, telefonu “adboy” verirlər, gəlmədilər. Niyə baxılmır axı, niyə telefonu “adboy”a atırlar? Bu da nömrə: 0123422811 Qadın elə bil ermənidir. Uşağın qızdırması 40-dır, zəng etmişəm Xırdalan Təcili Yardımına, adamla it kimi danışırlar. Xırdalan İcra Hakimiyyəti hara baxırsınız? Səhiyyə Nazirliyi hara baxırsınız? Ölsün bu uşaq? Bu uşaq hələ körpədir, hələ gözünü açıb dünyaya normal baxmayıb. Qızdırmadan yanır, zəng vurmuşam, it kimi danışırlar. İndi aparıram Qara Qarayev xəstəxanasına.
Niyə baxmırsınız? Camaatın balaları ölməlidir sizin məsuliyyətsizliyinizin ucbatından? Normal operatorlar qoyun! Niyə baxımsızdır axı, biz kimə müraciət etməliyik? Niyə belə edirsiniz, Allahdan qorxmursunuz? Balamızın vəziyyətinə baxın, qızdırmadan uşağın gözləri yumulub. Zəng vurdum Təcili Yardım gəlmədi, adamla qışqıra-qışqıra, vəhşi kimi danışırlar. Bu nə biyabırçılıqdır? Haçan düzələcək Xırdalan?”
Rəqqasənin bu paylaşımına məşhurlar da səssiz qalmayıb. Aktyor Sərxan Kərəmoğlu onun paylamışına belə şərh yazıb: “Nədən bilmirəm belə olub, amma hər zaman müraciət etdiyim vaxtlarda çox operativ tədbir görülüb. Bəlkə, kiminsə tərs damarına düşüb və ya anlamayıb nədirsə. Allah şəfa versin”.
Müğənni Ayan Babakişiyeva isə bəzi həkimlərin savadsızlığından gileylənib: “Can, yazıq uşaq qızdırmadan gözünü aça bilmir. Allah şəfa versin. “Tupoy” həkimlər o qədərdir ki...”
Xatırladaq ki, bir müddət əvvəl təcili tibbi yarım maşını qəza yerinə gec gəldiyi üçün teleaparıcı Xoşqaədəm Hidayətqızı da Səhiyyə Nazirliyini tənqdi etmişdi.
Həmin görüntüləri təqdim edirik:

​https://video.yenisabah.az/embed.php?vid=1c9f0c78c​​​

Şərhlər

XƏBƏR LENTİ