Sosial mənzillər üçün aylıq ödəniş - 130-150 manat
Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq
Məlumata görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru Samir Nuriyev deyib.
Onun sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq.
S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru bildirib ki, Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisində 20-dən çox özəl şirkət iştirak edəcək.
O qeyd edib ki, layihə 2500-dən çox adamı işlə təmin edəcək.
S.Nuriyev deyib: "Hazırda doqquzmərtəbəli binanın üçüncü mərtəbəsinin və məktəbin ikinci mərtəbəsinin tikintisi davam etdirilir. Bunlarla paralel olaraq 15 binanın tikintisi başlayıb. Bu ay biz daha yeddi binanın tikintisinə başlamağı planlaşdırırıq”.
S.Nuriyev əlavə edib ki, artıq kanalizasiya, su xətləri və elektrik xətlərinin çəkilişi icra olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...