Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI
- 24-01-2020, 00:49
- 1 142
AFN xəbər verir ki, valideynlərin votsapp qruplarında paylaşılan səs yazısında bildirilir ki, 96 saylı məktəbin qarşısına gələn qadın (fotogörüntüləri də əlavə edilib-red.) guya nəvəsi üçün gəldiyini deyir, əslində isə məktəbli qızları aldadaraq aparmaq məqsədi güdür: "Maşında 3 nəfər kişi oturub, bu qadın da qız uşaqlarına "telefon verəcəm" deyə aldadaraq aparmaq istəyib. Valideynləyin müdaxiləsindən sonra niyyətinə çata bilməyib".
Valideynlər AFN-ə açıqlamalarında onu da bildiriblər ki, fotodakı qadın Sabunçuda yerləşən bir neçə məktəbdə görünüb: "Mənim övladım 67 saylı orta məktəbdə oxuyur, deyilənə görə, orada da görünüb bu qadın".
Qeyd edək ki, görüntülərdəki xanımı tanımırıq və ona ulaşmaq imkanlarımız 0-dır. Gecə saatları olduğu üçün müvafiq qurumlarla da əlaqə saxlamaq imkanımız olmadı. Gün ərzində məsələ ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.