SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fazil Məmmədovun bankı tanınmış teleaparıcını da çətin duruma saldı

Fazil Məmmədovun bankı tanınmış teleaparıcını da çətin duruma saldı

Tarix:

23-01-2020, 10:17

/ 799 dəfə oxundu.
Fazil Məmmədovun bankı tanınmış teleaparıcını da çətin duruma saldı

Tanınmış idman jurnalisti, teleaparıcı Pərviz Musayev də “AtaBank”la bağlı şikayətini dilə gətirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən həmkarımız 2 aydır sösügedən bankdan maaşını çıxara bilmədiyini bildirib:
“AtaBank” batır. Bir neçə ay əvvəl bankın problemləri olmasına dair xəbərlər yayıldı və bundan sonra xeyli əmanətçi dərhal hesabdan pulunu götürdü. Hazırda “AtaBank”da nağd pul qıtlığı var, yox dərəcəsindədir. 2 aydır ki, maaşımı nağdlaşdırma problemi yaşayıram. Hesabda pul var, amma nağd verə bilmirlər, bankomatlarında qara qəpik də yoxdur. Üstəlik, bir neçə başqa bankın bankomatı onların kartı ilə nağd pul verilməsini bloklayıb. Demək ki, vəziyyət çox pisdir”.
Xatırladaq ki, ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “AtaBank” ASC-də ilkin araşdırmalar aparılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı bildirib. Araşdırmaların bankda əmanətləri olanlar arasında yaranmış narahatlıqla bağlı aparıldığı bildirilir. Belə ki, bəzi məlumatlara görə, əmanətçilərin “AtaBank”dan əmanətlərini götürməsində problemlər var.
Qeyd edək ki, "Ata Bank" sabiq Vergilər naziri Fazil Məmmədova məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ